MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Zərif cinsin əsgərləri – II YAZI
Dünya ordularında müxtəlif dövrlərdə aparılan sorğular göstərir ki, qadınların hərbi xidmət keçmə şəraitləri həmin ölkənin mentaliteti, demoqrafik vəziyyəti, iqtisadi və hərbi imkanları ilə bilavasitə bağlıdır.
İsraildə qadınlar daha çox Quru Qoşunlarında xidmətə üstünlük verirlər. Fransa və İtaliyada isə qadınlar digər ölkələrdən fərqli olaraq, xidmət edəcəkləri hərbi birləşməni özləri seçir. Qeyd edək ki, hazırda Fransa Silahlı Qüvvələrində 30 min nəfərə yaxın qadın xidmət edir. Fransa Hərbi Hava Qüvvələrində və Hərbi Dəniz Donanmasında xeyli sayda qadın yüksək hərbi vəzifələrdə (eskadrilya və gəmi komandiri və s.) xidmət edir. Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcılarından birinin komandiri, eləcə də bir neçə hərbi nəqliyyat təyyarəsinin komandiri qadındır. Rusiya Silahlı Qüvvələrində isə hazırda 28 min qadın müqavilə əsasında əsgər və serjant vəzifələrində xidmət edir.


ABŞ, İngiltərə, Almaniya, İtaliya və digər ordularda qadınlar üçün müəyyən məhdudiyyətlər tətbiq edilir. Onların sualtı donanma, tank, zirehli birləşmələr, desant qoşunlarında xidməti qanunvericiliklə qadağan olunur.



                                     



Keçmiş SSRİ-nin müharibədən sonra qəbul etdiyi qanunvericilik aktlarında qadınların hərbi xidmət keçməsini tənzimləyən müddəalar da nəzərdə tutulmuşdu. 1967-ci ildə qəbul edilmiş “Ümumi əsgəri vəzifə haqqında” qanuna əsasən, sülh dövründə 19 yaşından 40 yaşınadək tibbi və ya digər xüsusi hazırlığı olan qadınlar hərbi komissarlıqlarda qeydiyyata alınırdı. Müharibə dövründə onlar komandanlığın əmri ilə köməkçi və yaxud xüsusi xidmət üçün orduya çağrıla bilərdilər. Qadınların həqiqi hərbi xidməti ən çox halda 50 yaşadək idi.

Erməni ordusunun qadın “nişançıları”

Bu gün Azərbaycan və Ermənistan silahlı qüvvələrində də çoxlu sayda qadın müxtəlif vəzifələrdə xidmət edir. Rəsmi və qeyri-rəsmi mənbələrin məlumatlarına görə, hazırda Ermənistanın bütün hərbi strukturlarında ümumilikdə 8 min nəfərə yaxın qadın müqavilə əsasında cəbhə xəttində snayperdən başlamış nazirlikdə şöbə rəisinədək müxtəlif vəzifələrdə çalışır. Erməni ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə üzbəüz birləşmələrində onlarla qadın snayperin xidmət keçməsi faktları mövcuddur. Ermənilər snayper qadınların xidmətindən hələ birinci Qarabağ müharibəsi zamanı da istifadə ediblər.
Erməni qadın snayperləri əsasən Ermənistanın Azərbaycanla dövlət sərhədindəki hərbi hissələrdə xidmət edir və bunun müqabilində yüksək məvacib alırlar. Onlara daha çox Naxçıvan istiqamətində rast gəlinir.

Naxçıvandakı hərbi hissələrdən birində snayper olmuş əsgərin (snayperlərin adları açıqlanmır) sözlərinə görə, ermənilərin hər postunda ən azı 2 qadın snayper olur: “Qadınlar kişilərlə müqayisədə daha sərrast atəş aça bilirlər. Hazırlıqlı qadın snayper hadisələrə, baş verənlərə soyuqqanlılıqla yanaşır, eyni zamanda onlarda silahdan atəş açarkən əllərin titrəməsi hiss olunmur”.

Azərbaycan əsgəri snayper qadınları lüt qoydu

Azərbaycan snayperinin sözlərinə görə, çox zaman gənc əsgərlər qarşıdakı postda qadın snayperin olmasının fərqinə varmırlar. Bəzən qadınlar səngərin üzərinə çıxaraq müxtəlif pozalar nümayiş etdirir, əsgərləri aldadaraq açıqlığa çıxarır və digər snayperlərin qurbanına çevirirlər.

“Bu cür halların dəfələrlə şahidi olmuşuq. Erməni snayper qadınlar səngərin üzərinə çıxaraq striptiz nümayiş etdirir, bizim əsgərləri yanlarına söhbətə çağırırlar. Aldanan əsgərlər qurban gedir”,- deyə snayper qeyd edib.

Əsgərin sözlərinə görə, məqsədlərinə çatmaq üçün ön postda olan erməni snayper qadınlar heç nədən çəkinmədən, Azərbaycan əsgərlərinin gözləri önündə açıq-aşkar əxlaqsız hərəkətlər edir, gənc əsgərləri özlərinə cəlb etməyə çalışırlar: “Erməni snayper qadınların hərəkətləri bizi bezdirmişdi. Bizə tapşırıq verilmişdi ki, maksimum şəkildə atəşkəsi qoruyaq, özbaşımıza atəş açmayaq. Bundan istifadə edən qadın snayperlər soyunub səngərin üstünə çıxır, müxtəlif əxlaqsız hərəkətlər edirdilər. Bir gün snayper qadınlar çayda çimərkən əsgərlərimizdən biri xəlvətcə onlara yaxınlaşdı. Qadınların paltarlarını və silahlarını götürdü. Çaydan çıxan snayperlər paltarlarını və silahlarını tapa bilməyib 1 kilometr məsafəni lüt-üryan qaçmalı oldular”.

“Səndən təsəlli bir zabit mundiri”

Azərbaycan Silahlı Qüvvələrində xeyli sayda qadının müxtəlif rütbə və vəzifələrdə xidmət etdiyi bildirilsə də onların konkret sayı və yaxud ümumi şəxsi heyətin tərkibində çəkisi barədə konkret rəqəm açıqlanmır. Bəzi məlumatlara görə, Silahlı Qüvvələrdə qadınların çəkisi 3%-dən bir qədər artıqdır. Azərbaycanın Müdafiə Nazirliyi ilə yanaşı, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, Xüsusi Dövlət Mühafizə Xidmətində, Mülki Müdafiə Qoşunlarında və digər hərbi təşkilatlarda çoxlu sayda zərif cinsin nümayəndələrinə rast gəlmək mümkündür. Azərbaycanın dövlət sərhədlərindəki nəzarət-buraxılış məntəqələrində müqavilə əsasında onlarla qadın hərbçi xidmət edir. Daxili Qoşunlarda isə qadın hərbçilərə daha çox qərargah xidmətlərində rast gəlinir. Daxili Qoşunların mətbuat xidmətinin və protokol idarəsinin rəisləri qadındır. Daxili Qoşunlarda xidmət edən polkovnik-leytenant rütbəli qadınlar var.

Azərbaycanın ali hərbi məktəblərinə qızların qəbuluna 1999-cu ildən başlanıb. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) bir ildə Azərbaycan tarixində ilk dəfə 23 qız qəbul olunmuşdu. Sonrakı illərdə bu göstəricidə müəyyən azalmalar baş verdiyi bildirilsə də hazırda həm ali hərbi məktəblərdə, həm də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 30-dan ırtıq hərbçi peşəsini seçmiş qadın təhsil alır.

Hərbi məktəblərdə və Təlim Tədris Mərkəzində qadınların yaşadığı kazarma digər zabitlərinkindən ayrıdır. Kişilərin həmin kazarmalara getməsi qəti qadağan olunub. Bununla belə, onların gün rejimi və təlim məşqləri kişilərinkindən fərqlənmir. Qeyd edək ki, bir müddət əvvəl TTM-də xidmət edən qadınların təlim məşqini izləməli olduq. Qadınlar nəinki atıcı silahları, eyni zamanda tank və PDM-in silahlarını kişilərdən tez söküb yığır, atışda onlardan yüksək nəticələr göstərirdilər.

Xatırladaq ki, Azərbaycan qadınları Qarabağda gedən hərbi əməliyyatlarda yaxından iştirak edib. “1-ci tabor”un döyüşçüsü və bu gün də orduda xidmətini davam etdirən Nurcahan Hüseynova öz oğlu ilə bir yerdə düşmənlə döyüşüb. Şəhid olmuş oğlunu və yoldaşlarını döyüş meydanından özü çıxaran bu qadın qisasını tutduğu erməni “boyevik”inin ürəyini çıxarmaqla alıb. 1994-cü ilin fevral-mart aylarında Murovdağın yüksəkliklərində, qarlı-şaxtalı, keçilməz dağlarda onlarla yaralı əsgəri xilas edib.

“Veteran Qadınlar” İctimai Birliyinin sədri Radə Abbasın Lent.az-a verdiyi məlumata görə, 1991-1994-cü illərdə 500-dən artıq qadın müxtəlif hərbi hissələrin tərkibində cəbhədə döyüşüb.

Azərbaycan Silahlı Qüvvələrində qadınların kütləvi xidmətlərini bəzi amillər məhdudlaşdırır. “Manevr” Jurnalist Araşdırmaları Mərkəzinin apardığı tədqiqatlara görə, bunun birinci və əsas səbəbi milli mentalitetdir. Avropaya inteqrasiya etməsinə, gender bərabərliyi və s. kimi məsələlərə ciddi yanaşmasına baxmayaraq, şərqlilik burada öz sözünü deyir.
Mərkəz qadınların Silahlı Qüvvələrdə xidmətini məhdudlaşdıran digər amillər sırasında ölkənin kifayət qədər səfərbərlik resursunun olması, hərbçi qadınlara hərbçilər arasında və cəmiyyətdə ikili münasibət, qadınların hərbi xidmət keçməsi üçün hərbi hissələrdə və birləşmələrdə hələ ki lazımi şəraitin olmaması və qanunverici bazada müəyyən boşluqların olmasını göstərir.

Sonda maraqlı bir faktı qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Barak Obama bu yaxınlarda çıxışında qadınların hərbi xidmətə çağrılmasının, hətta ön cəbhələrdə xidmətə göndərilməsinə tərəfdar olduğunu vurğulayıb.
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74126 ziyaretçi (119955 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol