Dəyərli dostlar!
Öncə http://manevr.tr.gg səhifəsini ziyarət etdiyiniz üçün hər birinizə təşəkkürümüzü bildiririk.
Bizim bu səhifə Azərbaycan dilində hərb peşəsi ilə maraqlananlar üçün yaradılıb.
«Güclü ordu güclü dövlət deməkdir». Silahlı Qüvvələrin güclü olması üçün güclü iqtisadiyyatla yanaşı güclü, bacarıqlı və vətənpərvər əsgərlərin olması gərəkdir.
Azərbaycanımız güclənir, iqtisadi imkanlar artır. Bu proses gedir. Qalır orduya güclü əsgərlər göndərmək.
Əsgərin güclü olması elə onun özündən asılıdır. Heç Kim anadan hərbçi, general doğulmur. Bu sonradan maraq və istəklər əsasında yaranır.
Vətənimizin bir hissəsi – Qarabağımız işğal altındadır. 15 ildir danışıqlar nəticə verməyib. Odur Ki, Ali Baş Komandanın müharibə əmrinə hazır olmalıyıq.
Müharibədə ölüm-itim olur. Müharibə dağıntılar, fəlakətlər gətirir. Minlərlə, yüz minlərlə insanın həyatına son qoyur.
İnsanlar doğulur, artır, dünyasını dəyişənlərin yeri boş qalmır. Amma vətən torpağı nə doğulur, nə də artır.
Qarabağda canını fəda etmiş şəhidlərimizin qisasını almaq isə bizim üzərimizdədir. Bu gün onların qisasını almasaq, sabah tarix bizə daha ağır dərslər verəcək. Bizim övladlarımız bizim üzləşdiyimizdən də ağır təhlükələrlə üzləşməli olacaqlar.
Savaş meydanında görüşmək arzusuyla! Hər birinizə uğurlar!
|