MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Silahlı Qüvvələrin yuxarı eşalonunda islahatlar başlayır

Oktyabrın 29-dan Azərbaycan Müdafiə Nazirliyinin strukturunda islahatlara start verilir. Bu kampaniyada nazirliklə Silahlı Qüvvələrin Baş Qərargahı arasında vəzifə və səlahiyyət bölgüsü müəyyənləşdirilir. Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, bu məqsədlə oktyabrın 30-31-də Bakıda Müdafiə Nazirliyi və Baş Qərargahın G strukturuna keçidi ilə əlaqədar NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspertləri ilə Azərbaycan Müdafiə Nazirliyinin işçi qrupunun görüşü keçiriləcək. Görüşdə Baş Qərargah strukturunun NATO ölkələrində olduğu kimi Müdafiə Nazirliyindən ayrılması, eləcə də Müdafiə Nazirliyinin strukturunda dəyişikliklər, NATO strukturlarına uyğunlaşdırılması məsələlərinin müzakirəsi gözlənilir.

        

G strukturuna keçid Müdafiə Nazirliyi və Baş Qərargahın təşkilati-ştat struktrunun tam şəkildə NATO standartlarına uyğunlaşdırılması deməkdir. İslahatların yekun nəticəsi olaraq Baş Qərargahın və Müdafiə Nazirliyinin ştat strukturu ilə yanaşı, ordu korpuslarının da ştatı optimallaşdırılacaq. Silahlı Qüvvələrin çevik idarəetmə sistemi yaradılacaq.

Qeyd edək ki, Müdafiə Nazirliyində struktur islahatlarının aparılması hələ 2005-ci ildən gündəmə gəlib. NATO ilə 2005-ci ildə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını (İPAP) imzalayan Azərbaycan hökuməti müdafiə və təhlükəsizlik sektorunda islahatlar aparmaq öhdəliyi götürüb. Bu islahatların da əsas hissəsi hərbi nazirliyin təşkilati-ştat struktrunun NATO ölkələrinin müvafiq qurumları ilə uyğunlaşdırılmasıdır.

İslhatlar nəticəsində Baş Qərargah Müdafiə Nazirliyinə tabe olmayan ayrıca struktura çevriləcək. Hərbi əməliyyatlar zamanı bu qurum Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Sərhəd Qoşunları, Daxili Qoşunlar, Milli Qvardiya kimi hərbi birləşmələrin fəaliyyətini koordinasiya edəcək. Baş Qərargahla birgə Silahlı Qüvvələrdə Quru Qoşunları komandanlığının yaradılması planlaşdırılır. Türkiyədə və bir sıra ölkələrdə olduğu kimi, Baş Qərargah rəisi postunu rotasiya əsasında Quru Qoşunlarının komandanı tutacaq. Qeyd edək ki, hazırda Azərbaycanda Quru Qoşunları mövcud olsa da bu qoşunların vahid komandanlığı yoxdur. Quru Qoşunları müxtəlif ordu korpuslarında və bilavasitə Müdafiə Nazirliyinə tabe briqadalardan ibarətdir.

Dəyişikliklərdən biri də hərbi komissarlığın ləğv edilərək Baş Qərargahın təşkilati-səfərbərlik idarəsi ilə birləşdirilməsidir.

İslahatların yekunu olaraq müdafiə naziri postu mülki şəxsə həvalə olunacaq. Müdafiə Nazirliyinin tərkibindəki bir sıra idarə və şöbələr Baş Qərargahın tabeliyinə keçəcək. Müdafiə Nazirliyi əsasən ölkənin hərbi siyasətini müəyyənləşdirəcək, beynəlxalq əlaqələri yaradacaq, həmçinin orduya çağırış, təminat və təchizat işlərinə cavabdeh olacaq, Baş Qərargah isə səfərbərlik sistemini müəyyənləşdirəcək, hərbi təlimlər, əməliyatların planlaşdırılması, həyata keçirilməsi və s. üzrə cavabdehlik daşıyacaq.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri postuna 13 ildir general-polkovnik Səfər Əbiyev, Baş Qərargah rəisi postuna isə general-polkovnik Nəcməddin Sadıqov rəhbərlik edir.

İslahatlar nəticəsində Silahlı Qüvvələrdə mülki heyətin çəkisinin artırılması da nəzədə tutulur. İPAP-a uyğun olaraq həyata keçiriləcək bu islahatlar nəticəsində mülki heyətin sayının bir neçə dəfə artırılması, orduda bir sıra vəzifələrin mülki şəxslərə həvalə edilməsi nəzərdə tutulur.

Ümumimilikdə hazırda Azərbaycan Silahlı Qüvvələində 4 min nəfərdən artıq mülki şəxsin xidmət etdiyi bildirilir. Bunlar əsasən tibb personalı, sürücü, kargüzar, təminat işləri və s. vəzifələrdə çalışırlar. Yaxın 2 il əzində mülki şəxslərin sayının 2 dəfədən çox artırılaraq 10 min nəfərə çatdırılması nəzərdə tutulur. Mülki personal ordunun bilavasitə döyüş hazırlığına aid olmayan vəzifələri ica edəcəklər. Bura tibbin tam şəkildə həvalə olunması, kartoqrafiya, arxa-təminat işləri, hərbi hissələdə kargüzarlığın tam şəkildə mülki personala verilməsi, aşbazlar, xidmətçilə və s. mülki heyətdən formalaşdırılacaq. Müdafiə Nazirliyinin mərkəzi aparatında hüquq, işlər, beynəlxalq hərbi əməkdaşlıq idarələrində əsas vəzifələrin mülki heyətə verilməsi nəzərdə tutulur.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74203 ziyaretçi (120078 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol