MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Azərbaycan snayper tüfənglərinin ixracına hazırlaşır

Azərbaycanın istehsal etdiyi “İstiqlal” snayper tüfəngini bir sıra ölkələr silahlanmaya qəbul etmək niyyətindədir. Artıq bir sıra ölkələr Azərbaycandan lazımi sayda bu atıcı silahın alınması üçün Müdafiə Sənayesi Nazirliyi ilə danışıqlara başlayıb. Bu barədə Lent.az-a açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev məlumat verib.

 

““İstiqlal” çox gözəl və analoqu olmayan silahdır. Bu snayper tüfəngi yerli mütəxəssislər tərəfindən hazırlanıb və bir sıra qabaqcıl ölkələrin marağına səbəb olub. Artıq bu silahın alınması ilə bağlı bizə çoxlu sayda təkliflər var. Danışıqlar gedir və imkan olduğu sayda ixracını həyata keçirəcəyik”.

 

Qeyd edək ki, IST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfənginin çəkisi 20 kq-dır və dəzgah üzərində tətbiq olunur. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan “İstiqlal” -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayrılmaqla çantada daşımaq mümkündür.

 

Nazir müavini deyib ki, hazırda müdafiə təyinatlı məmulatların ixracı çox çətindir. Hərbi təyinatlı məhsulların ixrac və idxalı beynəlxalq sənədlər əsasında həyata keçirilir: “Digər tərəfdən, bu məhsulların istehsalı ilə bağlı avadanlıqların gətirilməsinə də qadağalar var. Ümumilikdə Azərbaycan bəzi müdafiə təyinatlı məhsulların, eləcə də korporativ məhsullarını ixrac edir”.

 

Y.Musayev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin öz məhsullarını mayın 19-dan 21-dək Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək MİLEX-2009 hərbi sənaye sərgisində nümayiş etdirməyəcəyini də vurğulayıb: “Bu gün Belarusla bizim müdafiə sənayesi sahəsində əməkdaşlığımız genişdir. “Alov” zavodunda Belarusla birlikidə optik cihazlar və naviqasiya sistemləri istehsal edilir. Amma MİLEX-ə məhsul çıxarılması planlaşdırılmır”.

 

Nazir müavini aprelin sonlarında İstanbulda keçirilən İDEF sərgisində Azərbaycanın ilk dəfə olaraq müdafiə təyinatlı məhsullarını nümayiş etdirdiyini də qeyd edib. Onun sözlərinə görə, İDEF-dəki Azərbaycan stendi ən çox ziyarət olunan stendlərdən olub və Müdafiə Sənayesi Nazirliyinin məhsulları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74128 ziyaretçi (119958 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol