MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Tanklar niyə partlayır?
Bir neçə gün əvvəl Şəmkirdəki Seyfəli poliqonunda təlim zamanı Azərbaycan ordusunun T-72 markalı tankının partlaması nəticəsində üç hərbçimiz həlak olub.
Xatırladaq ki, bundan bir qədər əvvəl - sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasında təlim zamanı başqa bir T-72 tankında baş vermiş partlayış üç ekipajın ölümü ilə nəticələnmişdi.


  
                   
T-72 tankları bu gün bütün MDB ölkələrində, eləcə də Yaxın Şərqdə, Şərqi Avropa, Hindistan, həmçinin bir sıra NATO ölkələrinin arsenalına daxildir. NATO ordularında bu tanklar FST-1 adı ilə silahlanmaya qəbul olunub. Rəsmi məlumatlara görə, Azərbaycan ordusunun arsenalındakı tankların böyük əksəriyyətini də məhz T-72-lər təşkil edir. Bunların bir hissəsi keçmiş SSRİ, Rusiya, bir hissəsi isə Ukrayna və Belarus istehsalıdır. BMT-nin Adi Silahlar Registrinin məlumatına görə, Azərbaycan 2006-cı ildə Ukraynadan 17, Belarusdan isə 41 ədəd T-72 tankı alıb. Müdafiə Nazirliyinin məlumatına görə, son illər Ukrayna və Belarusdan alınmış bu tanklar zirehi, atış sistemləri, mühərrikinin gücü və s. göstəricilərinə görə keçmiş SSRİ-nin istehsal etdiyi tanklardan çox fərqlənir.

Azərbaycanın aldığı T-72 tanklarının əsas istehsalçısı Malışev adına Xarkov maşınqayırma zavodu partlayan tankların müəssisənin istehsalı olmadığı fikrindədirlər. Müəssisədən bildirilib ki, bununla bağlı zavoda Azərbaycan tərəfdən hansısa müraciət daxil olmayıb.

“Ehtimal edirik ki, bunlar Azərbaycana sovet ordusundan miras qalmış T-72-lərdir. Hansı ki, uzun illər istismar olunmuş bu texnikaların yeniləşdirilməsinə ehtiyac var. Analoji hadisələr bir neçə dəfə Ukraynada da baş verib. O zaman keçmiş SSRİ ordusundan qalma tank atış zamanı partlamışdı”, - deyə zavoddan bildirilib.

Ekspertlərin fikrincə, atış zamanı tankın partlaması bir sıra səbəblərlə bağlıdır. Birinci səbəb ötən əsrin 70-ci illərində silahlanmaya qəbul edilmiş T-72 tanklarının müasir dövrün tələblərinə cavab verməməsidir. Azərbaycan ordusunun arsenalına daxil olan hər 2 tankın partlamasının səbəbləri kimi mərminin saxlanma şəraitinə və silaha qulluq texnikasına əməl olunmaması da istisna edilmir. Digər tərəfdən, təlimlərdə çox vaxt saxlama müddəti keçmiş, ləğv edilməli olan sursatlar, mərmilər atılır. Bəzən müəyyən edilmiş şəraitdə saxlanmaması atış zamanı mərminin şişərək lülədə partlamasına səbəb olur. Nəticədə silahın sıradan çıxır, hərbçilər isə xəsarət alırlar.

Qəzaların baş verməsində ekipajın qeyri-profesionallığı barədə deyilənlər isə ekspertlər tərəfindən ciddi qəbul olunmur. Təcrübəli hərbçilərin fikrincə, ötən əsrin 90-cı illərində Qarabağda gedən döyüşlərdə iştirak etmiş tank heyətinin böyük əksəriyyəti qeyri-peşəkar olub. Onların əksəriyyətini də mülki həyatda traktorçu işləmiş şəxslər təşkil ediblər. Hazırda bütün tank birləşmələrində təcrübəli və hazırlıqlı tankçılar xidmət edir.

Ekspertlərin fikrincə, Azərbaycana keçmiş sovet ordusundan qalan T-72 tanklarının atış-kontrol sistemlərinin modernləşdirilməsinə ehtiyac var. Artıq bu məqsədlə Azərbaycan Müdafiə Nazirliyi bir sıra xarici şirkətlərlə danışıqlar aparır. May ayında Türkiyə nümayəndə heyətinin Azərbaycana səfərləri zamanı da bu məsələ müzakirə edilib. Hərbi mənbələrin məlumatına görə, hazırda Müdafiə Nazirliyi Tank Təmiri Zavodunun yenidən qurulması məqsədi ilə Türkiyənin “Otokar” və ASELSAN şirkətləri ilə danışıqlar aparır. Türkiyə şirkətləri Azərbaycanın arsenalında olan tankların üzərinə yeni atış-kontrol sistemlərini, mühərriki və zirehlərini yeniləşdiriləcəklər.



Mənbənin məlumatına görə, təkmilləşdirmə zamanı tanklar döyüş meydanını idarə etmək və araşdırmaq imkanı verən texnologiyalar, qlobal naviqasiya sistemi (GPS), məxfi xəbərləşməni təmin etmək məqsədi ilə qısa mesaj xidməti ilə təchiz olunur. Hansı ki bu naviqasiya sisemləri istənilən hava şəraitində işləyə bilir. Tankda həmçinin, topçu üçün uzaq məsafədən, istənilən şəraitdə, hətta qaranlıqda belə hədəfi təyin etmək çün xüsusi termomüşahidə qurğusu qurulur. Yeni atış kontrol sistemləri maşınla hədəf arasındakı məsafəni hesablamağa, həmçinin hədəfin müəyyən edilməsinə imkan verir.

Xatırladaq ki, eyni vəziyyətlə qarşılaşan Qazaxıstan da anoloji addım atıb. Bu yaxınlarda Qazaxıstanla Çexiya arasında əldə olunmuş razılaşmaya əsasən çex şirkətləri Qazaxıstan ordusunundakı T-72 tanklarını modernləşdirməlidir.

Qeyd edək ki, hazırda Rusiya ordusunda T-72 tankının 7 mindən artıq müxtəlif modifikasiyası mövcuddur. Ukrayna ordusunda bu tankların sayı 1300, Belarusda isə 1200 ədəddir. Ümumilikdə isə dünyanın 28 ordusunun arsenalında 12 mindən artıq T-72 tankının olduğu bildirilir. Suriyanın 1700, Hindistanın 1300, Türkmənistanın 570, Liviyanın 550, Bolqarıstanın 420, Əlcəzarin 260, İranın 240, Finlandiyanın 200 T-72-si var.

Lisenziya əsasında T-72 tanklarının modernizasiyasını Slovakiyanın ZTS TEES Martin/ Defence, TS-TRADE, Kerametal, Polşanın «Zakladi mechaniczne bumar labedy», Çexiyanın OMNIPOL, PSP Bonemia, VOP 025, Fransanın «Jiat Industries», SAGEM, SESM, Wartisila, İsrailin NIMDA), Sloveniyanın FOTONA firmaları həyata keçirirlər.




Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: ), 19.07.2012, 10:54 (UTC):



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:

 
Reklam
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 55548 ziyaretçi (89624 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Kataloq
placebo Pepsi center