MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Silahlı Qüvvələrə Yardım Fonduna icraçı direktor niyə təyin olunmur?

Azərbaycanda 7 il əvvəl Silahlı Qüvvələrə Yardım Fondunun yaradılmasına baxmayaraq bu Fondun bank hesabına ötən müddət ərzində toplanmış vəsait dünyanın silah bazarındakı qiymətlərlə müqayisədə çox azdır. İl ərzində orta hesabla Silahlı Qüvvələrə Yardım Fonduna yarım milyon manat vəsait toplanır ki, bunun da əsas hissəsi 2002-2004-cü illərdə yığılıb. Lent.az-ın məlumatına görə, 17 avqust 2002-ci il tarixdə prezident Heydər Əliyevin sərəncamı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun maliyyə mənbələri respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır. Fondun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafı, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsi, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılması, hərbi texnika, silah və döyüş sursatı alınması, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılması, hərbçilərin sosial və məişət problemlərinin həlli məqsədlərinə yönəldilə bilər.

Fonda cavabdeh təşkilat Müdafiə Nazirliyi olsa da bu günədək quruma icraçı direktor təyin olunmayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2009-cu il yanvarın 1-i vəziyyətinə Fondun Azərbaycan manatı ilə açılmış bank hesabındakı vəsaitin həcmi 2008-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 18,6% artaraq 4 110 867 manat təşkil edib. Yerli valyuta hesabına daxilolmalardan fərqli olaraq ötən 7 ildə Fondun ABŞ dolları ilə hesabına 92 792 dollar, avro hesabına isə 594 avro vəsait toplanıb.

Dünyada hökm sürən maliyyə böhranlarına baxmayaraq, müxtəlif regionlarda gedən hərbi əməliyyatlar, çoxsaylı müdafiə sifarişi proqramları silah bazarında qiymətlərin artımı ilə özünü göstərir. Azərbaycanın yerləşdiyi regionda silah və hərbi texnikaların qiymətinin Avropa, Amerika, Yaxın Şərq və Cənubi Asiya regionlarından fərqlənməsinə baxmayaraq, heç də aşağı sayıla bilməz. MDB ölkələri arasında əsas hərbi sənaye dövlətləri olan Rusiya və Ukraynanın ixrac etdiyi texnikaların qiyməti 200 min - 2 milyon dollar civarında dəyişir. Ukraynanın istehsalı olan BTR-3U transportyorunun qiyməti 250 min dollar, BTR-80 300 min dollar, BMP-2 350 min dollar, T-72 tankı 1,2-1,5 milyon dollar, T-80 tankı 1,7-2 milyon dollardır. Azərbaycan Hərbi Hava Qüvvələrinin də arsenalında olan Mi-17 vertolyotunun 3,7 milyon dollar, MiQ-29 döyüş təyyarələrinin isə 11-15 milyon dollar olduğu açıqlanır.

Atıcı silahların isə qiymətləri aşağıdır. Belə ki, tapançalar, növündən asılı olaraq, 50-100, “Kalaşnikov” avtomatı 100-150, snayper tüfəngləri 250-300, “Kalaşnikov” pulemyotu 300, RPQ əl qumbaraatanının mərmisi növündən asılı olaraq 210-240 dollar, tank əleyhinə idarəolunan raketlər (Faqot) 3000-3500 dollar aralığında satılır.

Hazırkı məzənnə ilə Silahlı Qüvvələrə Yardım Fonduna toplanmış vəsait 5 milyon 139 min manata yaxın təşkil edir. MDB məkanındakı qiymətlərlə bu vəsaitə 17 ədəd BTR-80, və ya 20 ədəd BTR-3U, 14 ədəd BMP-2, ən aşağı qiymətlə 4 ədəd T-72 tankı, yaxud 1 ədəd Mi-17 almaq mümkündür.

Fondun daxilolmaları bu tempdə davam edərsə, buradakı vəsait hesabına yalnız 2023-cü ildə 1 ədəd MiQ-29 almağa imkan olacaq.






Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:

 
Reklam
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 55548 ziyaretçi (89650 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Kataloq
placebo Pepsi center