MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  2009 – CU IL: AZƏRBAYCANIN HƏRBİ GÖZLƏNTILƏRi

2008-ci il Azərbaycanın hərb tarixində bir sıra hadisələrlə yadda qaldı. Artıq 2009-cu il başlanıb. Bu il bəs müdafiə sektorunda nələr gözlənilir. «MİLAZ» İA «Manevr» Jurnalist Araşdırmaları Mərkəzinin 2009-cu illə bağlı proqnozlarını təqdim edir.

2009-cu ildə cəbhə xəttindəki qeyri-müəyən atəşkəs rejimi 2008-ci ildəki kimi davam edəcək. 2009-cu ildə cəbhədə elə bir ciddi hərbi əməliyyatlar gözlənilmir. Döyüşlər 2008-ci ildə olduğu kimi snayperlər tərəfindən aparılacaq.

Proqnozlar aşağıdakılardır:

• Hərbi Doktrina layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması və qəbulu gözlənilir;

• İ
PAP-ın ikinci mərhələsinin icrası davam etdiriləcək. Bu mərhələdə Silahlı Qüvvələrdə bir sıra təşkilati və kadr islahatları həyata keçiriləcək;

• Azərbaycanın dəniz və hava məkanlarının təhlükəsizliyi ilə bağlı müvafiq sənəd-proqramlar işlənib hazırlanacaq;

• Azərbaycan və Türkiyə 107 və 122 mm çaplı reaktiv yaylım atəş sistemlərinin, həmçinin bir sıra hərbi məhsulların birgə istehsalına başlayacaq;

• Silahlı Qüvvələr üzərində ictimai nəzarətin tətbiqi istiqamətində müəyyən işlər həyata keçiriləcək;

• Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqəsinin modernləşdirilməsi həyata keçiriləcək;

• Bir neçə hərbi aerodromun modernləşdirilməsi reallaşacaq;

• Azərbaycan motodor və morodor tipli texnikaların seriya ilə istehsalına başlayacaq;

• Hərbi Hava Qüvvələrinin arsenalının yeni təyyarələr və helikopterlər hesabına gücləndiriləcəyi gözlənilir;

• Silahlı Qüvvələrin arsenalındakı tankların atış-kontrol sistemləri yeniləşdiriləcək;

• Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrinin Baş Qərargahının səlahiyyət bölgüsü ilə bağlı sənədlər hazırlanacaq. İlin sonunda J struktruna keçid mərhələsi başlanacaq;

• NATO-nun maliyyə dəstəyi ilə həyata keçirilən «Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu layihəsi»nin üçüncü mərhələsinə start veriləcək;

• Azərbaycan istehsal etdiyi hərbi məhsulları bir neçə beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdirəcək;

• Bir sıra ölkələrlə hərbi əməkdaşlıq müqavilələrinin imzalanması, bəzi ölkələrdə hərbi attaşelik və nümayəndəliklərin açılması gözlənilir;

• Orduda müqaviləli heyətin sayının artması gözlənilir;

• Hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması, mənzil təminatı və s. bağlı işlər davam etdiriləcək. Məvaciblərin artımı baş verəcək;

• Fövqəladə Hallar Nazirliyinin Səngəçal qəsəbəsində aviabazası istifadəyə veriləcək;

• Silahlı Qüvvələrdə mülki heyətin sayı artırılacaq;

• Hərbi qulluqçuların xidməti döyüş fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik aktlarının qəbulu nəzərdə tutulur;

• GUAM-ın sülhməramlı kontingentinin yaradılması səyləri yenidən gündəmə gələcək;

• Türkiyə və ABŞ-la hərbi əlaqələrin daha da sıxlaşacağı gözlənilir;

• Daxili Qoşunların jandarma sisteminə keçidi ilə bağlı işlərin əsas mərhələyə keçəcəyi gözlənilir;

• Dövlət sərhədlərində müasir avadanlıqlarla təchiz olunmuş sərhəd məntəqələrinin tikintisi davam etdiriləcək. Yeni məntəqələr istifadəyə veriləcək. Sərhədlərdə elektron mühafizə sistemlərinin tətbiq şəbəkəsi genişlənəcək;

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74164 ziyaretçi (120010 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol