MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Cənubi Qafqaz ölkələrində hərbi sənaye – I ARAŞDIRMA

Cənubi Qafqaz respublikalarında SSRİ dövründə müəyyən hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən müəssisələr mövcud olub. Bu müəssisələr əsasən Rusiyanın mərkəzində, eləcə də Ukrayna və Belarusdakı hərbi zavodlarla birgə bir sıra hərbi təyinatlı məhsulların istehsalını həyata keçirib.

Sovetlər birliyi dağılandan sonra bu müəssisələrin bir çoxu ya dayanıb, ya da məhdud proqramlar üzrə fəaliyyətlərini davam etdiriblər. Baxımsızlıq və modernləşmə proqramlarının olmaması səbəbindən bu müəssisələrin əksəriyyəti 90-cı illərin əvvələrində sıradan çıxımışdı.

SSRİ dövründə Ermənistandakı hərbi sənaye müəssisələri əsasən ittifaq əhəmiyyətli radiotexniki avadanlıqlar, hərbi elektronika cihazlarının istehsalı üzrə ixtisaslaşmışdı. Ötən əsrin 80-ci illərində keçmiş SSRİ-də hərbi elektronikanın 40%-ni Ermənistandakı müəssisələr istehsal edib. Ermənistanda yerləşən «Razdanmaş», «Ermelektromaş» müəssisələri sovet Hərbi Hava Qüvvələri (HHQ) üçün avtonom təchizat sistemləri, «Qalaktika» müəssisələri kosmik cihazlar, «Elektron» müəssisəsi isə HHQ üçün müxtəlif elektron sistemlər (40 adda) istehsal edib. Ümumittifaq sifarişləri dayandıqdan sonra, yəni SSRİ-nin süqutu nəticəsində bu müəssisələr fəaliyyətini ya tamamilə dayandırılıb, ya da məhdud səviyyədə fəaliyyətə keçib.

Sovetlər birliyi dağılandan sonra, ötən əsrin 90-cı illərində Ermənistandakı hərbi müəssisələr Silahlı Qüvvələr üçün müəyyən müdafiə təyinatlı məhsulların istehsalını həyata keçirməyə çalışıb. «Noyan-Tapan» agentliyinin məlumatına görə, müəssisələrdə atıcı silahlar üçün müxtəlif çaplı güllələr, bəzi artileriya silahları üçün mərmilər, həmçinin yüngül minaatanlar və onların sursatları istehsal olunub. Sursat istehsalında 5,45 və 7,62 mm çaplı güllələrin yeni nümunələri hazırlanıb. Tank əleyhinə qumbaraatanlar istehsal edilib və sınaqdan çıxarılıb.

Ötən əsrin sonları, 2000-ci illərin əvvəllərində Ermənistanın demək olar ki, bütün hərbi müəssisələri Rusiyaya olan dövlət borcunun müqabilində dəyər-dəyməzinə bu ölkəyə verilib.

Qeyd edək ki, 2002-ci ildə dövlət borcunun müqabilində Rusiyaya verilmiş 5 müəssisənin real qiymətlərindən çox aşağı qiymətləndirilidiyini ermənilər özləri də etiraf edirlər. Xatırladaq ki, o zaman «Razdanmaş» QSC və «Mars» QSC - 56,29 mln. dollar, «İrəvan Riyazi Maşınlar Elmi Tədqiqat İnstitutu» QSC - 2,75 mln. dollar, «İrəvan avtomatlaşdırılmış idarəetmə sistemləri Elmi Tədqiqat İnsititutu» QSC - 3,37 mln. dollar, «İrəvan müşahidə cihazları Elmi Tədqiqat İnstitutu» QSC –yə isə 0,35 mln. dollar qiymət qoyularaq Rusiya şirkətlərinə «bağışlanıb».

***

Ötən əsrin 80-ci illərinin sonlarında ingilis mütəxəssisslərin iştirakı ilə yaradılmış «Mars» zavodu Ermənistanın hərbi sənaye kompleksinin flaqmanlarından sayılır. «Mars» zavodu əsasən komanda aparatlarıının istehsalı üzrə ixtisaslaşıb. Müstəqilliyin ilk illərində zavod istehsal edilən məhsulun satılmaması, yenidənqurma və təmirə investisiya yatırılmaması nəticəsində ağır durumla üzləşib. Müəssisənin fəaliyyətini qismən bərpa etmək məqsədi ilə Rusiyanın «Radioeksport» şirkətinin zavoda 385 min dollar investisiya yatırması barədə məlumatlar var. Müəssisənin baş direktoru Radik Vanuntsun bildirdiyinə görə, «Mars» hərbi sənaye kompleksi üçün rabitə cihazlarının buraxılışına sifarişlər alıb. Voronej rabitə institutunda bu məqsədlə iki biznes plan hazırlanıb. Həmin layihələr üzrə burada 5 tipdə radiostansiyanın buraxılışı həyata keçiriləcək. 2005-ci ildən etibarən «Mars» Rusiyanın dövlət sifarişləri əsasında işləyir və hazırda müəssisə təyinatı üzrə hərbi avadanlıqların istehsalını həyata keçirir. Müəssisə rəhbərliyinin mətbuata verdiyi açıqlamadan məlum olur ki, son 5 ildə «Mars» zavoduna təxminən 50 mln. dollardan artıq investisiya yatırılıb.

Hazırda Rusiyanın bir sıra korporasiyaları «Mars»la yanaşı Ermənistanın bir sıra müəssisələrinə də sərmayə qoyuluşunu həyata keçirirlər. Ermənistan hərbi sənaye kompleksinin «ana müəssisəsi» sayılan «Razdanmaş» QSC ilə Rusiyanın «Qranit» müəssisəsi arasında 1996-cı ildə imzalanmış razılaşmaya əsasən, bu müəssisədə Hava Hücumundan Müdafiə Sisetemlərinin bəzi vacib hissələrinin yığılması həyata keçirilir. Xatırladaq ki, 2000-ci ilin iyul ayının sonlarında Ermənistan hökuməti «Suxoy» şirkəti ilə «Razdanmaş»ın bazasında Su-38L təyyarələrinin müəyyən hissələrinin yığılacağını, bu məqsədlə müəs sisəyə o zaman 23 mln. ABŞ dolları məbləğində investisiya yatırılacaığnı bəyan etmişdi. “Voennoye Promışlennıye Kuryer” qəzetinin məlumatına görə, Rusiya tərəfi bu sərmayənin təxminən 9 mln. dollarını yatırıb. Yeri gəlmişkən, sözügedən layihəyə Hindistan da öz marağını ifadə edib. Ermənistan mətbuatının yazdığına görə, son zamanlar bir sıra amerika və alman şirkətləri adıçəkilən müəssisəyə maraq göstərirlər.

Ermənistanın digər hərbi təyinatlı müəssisəsi «Orbita»nın səhmlərini isə Rusiyanın «Rosaviaspeskomplekt» şirkəti 200 min dollara alıb. «Orbita» sovetlər birliyi dönəmində əsasən gecəgörmə cihazları və digər xüsusi avadanlıqlar istehsal edib. Müəssisənin profilini saxlayan «Rosaviaspeskomplekt» bura 2003-cü ildə 3 mln. dollar investisiya yatırıb. Şirkət 2005-ci ilədək isə bu müəssisəyə 10 mln. dollar sərmayə qoyduğunu bəyan edir. Hazırda «Orbita» Rusiya şirkətləri üəün gecə görmə cihazları və müxtəlif diapozonlu xüsusi cihazlar istehsal edir, Qeyd edək ki, «Rosaviaspeskomplekt» eyni zamanda Ermənistanın «Almaz», «Araqats», «Araz» və Gümrüdəki «Karatmekena» zavodunu alıb.

***
Hazırda Ermənistan bir sıra hərbi təyinatlı məhsulların və silahların istehsalını da həyata keçirir. Bunların da böyük əksəriyyətinin müəlliflik hüququ və istehsalı Rusiya şirkətlərinə məxsusdur. Belə ki, Rusiya ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihə üzrə Ermənistan «AYK» adlı zirehli «Cip»in seriya ilə istehsalını həyata keçirir. «Centr Perspektivnıx Proqram i Razrabotok» mərkəzinin rəhbəri Karen Qevorkyanın sözlərinə görə, bu maşın müəyyən imkanlarına görə «Hammer»lə eynidir. «ErAZ» fabrikində yığılmış zirehli maşının çəkisi 6 ton, heyəti isə 7 nəfərdir. Mərkəz hazırda bu maşının piyadalar əleyhinə minalara qarşı dözümlü olan müxtəlif modifikasiyaları üzərində işləyir. «AYK» maşınlarının zirehi 7,62 mm çaplı güllələrdən qorunmağa imkan verir.

Ermənistan son 7 ildə atıcı silahların ilk nümunələri olan K-3 atvomatı, K-11 snayper tüfəngi və K-2 tapançasının nümunələrini yaradıb və sınaqdan keçirib. Ermənistan eyni zamanda dünya dövlətlərinin qadağan olunmasına çalışdıqları piyadalar əleyinə minaların da istehsalını həyata keçirməkdədir. Bu minalar Azərbaycanın işğal olunmuş ərazilərinə basdırılmaqla sınaqdan keçirilir.

Ermənilər son illərdə Azərbaycanın özünün milli hərbi sənaye kompleksini yaratmaq sahəsində attıdığı addımlardan təşviş keçirirlər. Vaxtı ilə bütün müəssisələrini dəyər-dəyməzinə Rusiyaya verdiklərinə görə, peşimanlıq keçirdiklərini onlar hətta KİV-ə müsahibələrində də etiraf edirlər.

Ermənistanın yerli «DG Arms Corporation» şirkəti ölkənin hərbi sənaye kompleksinin inkişafı, eləcə də ixrac məqsədli bir sıra layihələr həyata keçirməyi planlaşdırır. Bu çərçivədə şirkət yaxın bir neçə il ərzində ölkə ərazisində bir sıra yeni müəssisələr açmağı qarşıya məqsəd qoyub. Ermənistan mətbuatının yazdığına görə, şirkət bununla Ermənistanın bəzi ölkələrdən «hərbi asılılığını qurtarmaq» niyyəti güdür.
Bu ilin sonuna qədər şirkət hərbi sənaye sahəsində müəssisənin tikintisinə 22 mln. ABŞ dolları məbləğində investisiya yatırmağı planlaşdırır. Məlumata görə, həmin müəssisədə hazırkı şəraitdə Ermənistan üçün zəruri sayılan bir neçə hərbi təyinatlı məhsul istehsal olunacaq.

«DG Arms Corporation» şirkəti Ermənistanın hazırda fəaliyyətdə olan «Neytron» və «Baqavan» hərbi zavodlarında bir neçə istehsalat sahəsinin təmiri və istehsalı gücünün artırılmasına 4,7 mln. dollar investisiya yatırıb. Bununla da «Baqavan» zavodunun illik istehsal gücü 100 mln. ədəd/gülləyə çatıb.Yaxın illərdə müəssisəyə əlavə olaraq 22 mln. dollar investisiya yatırmaqla illik güllə istehsalını daha 70 mln. ədəd artırmaq planlaşdırılır. Artıq müəssisənin zirehli gödəkcələrin istehsalına da başladığı bildirilir.

Müxtəlif mənbələrin məlumatlarına görə, Ermənistan Azərbaycanla ayaqlaşmaq üçün yaxın illərdə Rusiya, Fransa və Hindistanla birgə bir sıra hərbi layihələr reallaşdırmaq niyyətindədir. Bu çərçivədə bəzi artileriya silahlarının, zirehli transportyorların, həmçinin bəzi zenit-raket sistemlərinin birgə istehsalı nəzərdə tutulur.

Vaşinqtonda yaşayan erməni, təhlükəsizlik məsələləri üzrə ekspert Riçard Kirakosyan Hərb və Sülh İcmaları İnstitutunun (İWPR) veb saytına açıqlamasında bildirib ki, Azərbaycanla ayaqlaşmaq üçün Ermənistan da gələcəkdə özünün hərbi sənayesini yaratmalıdır: «Gələcəkdə Ermənistanda Azərbaycanda olduğu kimi dövlət struktrunu qurmalı və hərbi sənayenin inkişafına sərmayə yatırmalıdır. Təyyarə, tank və artileriya sistemlərinin yaradılması vacibdir».

«Noyan-Tapan» agentliyinin təhlükəsizlik məsələləri üzrə eksperti David Petrosyan isə hesab edir ki, Ermənistan üçün silahların və hərbi texnikanın təmiri vacib olsa da buna ölkənin maddi imkanları yetərsizdir.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74134 ziyaretçi (119973 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol