MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Müdafiə xərclərində müharibə təhlükəsi

2007-ci ildə Azərbaycan hərbi xərclərinin artımına görə, MDB məkanında ilk yerə çıxdı. Hərbi xərclərin 1,1 milyard ABŞ dollarına çatdırılması geostrateji nöqteyi-nəzərdən qitələrin və böyük dövlətlərin maraqlarının kəsişdiyi Cənubi Qafqaz regionunda deyil, ümumilikdə Avropanın narahatçılığına səbəb oldu.

Azərbaycanda hərbi xərclərin artım dinamikasına nəzər salsaq, son 2 ildə bu tendensiyanın davamlı və səmərəli şəkildə yüksəldiyini görərik. 2006-2007-ci illərdə hərbi sektora yönəlmiş vəsaitlərin yarım milyard dollar artması heç də kiçik rəqəm deyil. Təhlillər göstərir ki, son iki ildə MDB ölkələrində hərbi xərclər orta hesabla 3,5 - 4 dəfə artırılıb. Bəzi dövlətlərin hərbi xərcləri məxfi qrifi altına alması isə dəqiq rəqəmləri çıxarmağa imkan vermir. Ötən il Özbəkistanın hərbi xərcləri ümumdaxili məhsulun (ÜDM) 5,2%-ni, Ermənistanınkı 3,6%-4%-ni, Gürcüstanda 1,2-1,5%-ni təşkil edib. Azərbaycanda isə bu göstərici 4%-dən artıqdır. Artım prosesi isə ilbəil davam edir.

Qeyd edək ki, Azərbaycanın 2007-ci ilin dövlət büdcəsində hərbi xərclər 907 mln. manat (1,039 mlrd. dollar) təşkil edir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının məlumatına görə, 2007-ci ildə hərbi xərclər 2006-cı il ilə müqayisədə 28% artaraq dövlət büdcəsinin məxaricinin 16%-ni təşkil edib. Ayrılmış vəsaitin 796 mln. manatı müdafiə qüvvələrinin saxlanmasına, 58 113 555 manatı milli təhlükəsizlik, 2 mln. 300 min manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 1 mln. 588 min manatı isə digər məqsədlərə yönəldiləcək. Bundan əlavə, 2007-ci ildə Azərbaycanın dövlət büdcəsindən, yeni yaradılmış Müdafiə Sənayesi Nazirliyinə hərbi müəssisələrin qurulması və mütəxəssis hazırlığı üçün 110,2 mln. manat (126 mln. dollar), Daxili Qoşunlar və Sərhəd Qoşunlarına isə üst-üstə 40 mln. manata yaxın vəsait ayrılıb.

 

Azərbaycanın hərbi xərclərinin artımını şərtləndirən əsas amillər aşağıdakılardır:

·        Ermənistanla müharibə şəraiti, torpaqların bir hissəsinin işğal olunması. Qarabağ cəbhəsində və Ermənistanla dövlət sərhədində hərbi əməliyyatların istənilən vaxt «arabir atışmadan» aktiv əməliyyatlara keçmə ehtimalı;

·        Gürcüstandan çıxarılmış Rusi ya hərbi texnikalarının və arsenalın Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsi;

·        Xəzər dənizinin karbohidrogen resursları ilə bağlı təhdidlər;

·        Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması və bu sektorda islahatların aparılması;

·        Regionda böyük dövlətlərin (İran, Rusiya və ABŞ) maraqlar münaqişəsi fonunda Azərbaycanın öz gücünü ortaya qoyması;

·        Bölgədə böyük iqtisadi layihələrin reallaşması. Bu layihələrdən gələn böyük pulların bir hissəsinin hərbi xərclər formasında həmin layihələrin qlobal təhlükələrdən müdafiəsinə yönəldilməsi;

Qeyd olunan amillər Azərbaycanın qarşısına öz hərbi imkanlarını maksimum şəkildə artırmaq tələbini qoyur. Məhz bu faktorların təsirindən neft pullarının müəyyən hissəsi müdafiə sahəsinə yönəldilir. Ekspertlərin fikrincə, bu templə davam edərsə, 2010-cu ilə qədər, müttəfiq dövlətlərin etdiyi yardımlar da daxil olmaqla Azərbaycanın müdafiə sektoruna bilavasitə yönəltdiyi vəsaitin həcmi 5 milyard dollara çatacaq.

 

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hesablamalarına görə, Azərbaycan illik adambaşına düşən hərbi xərcləri Cənubi Qafqazda ən yüksək göstəriciyə malikdir. Hər bir vətəndaş müdafiəyə şərti olaraq 105 dollar pul xərcləyir. Bu göstərici Ermənistanda təxminən 70 dollar, Gürcüstanda isə 65 dollara (bu ölkənin hərbi büdcəsini 300 milyon dollar civarında götürsək) yaxındır.

 

Müqayisə üçün bildirək ki, Ermənistanın 2007-cı il üçün dövlət büdcəsinin gəlirləri 1,4 mlrd. dollar, xərcləri isə 1 mlrd. dollar civarında proqnozlaşdırılır. Büdcədən hərbi hərbi xərclərə təxminən 280 mln. dollar vəsait ayrılıb. Ermənistanın hərbi büdcəsi 2007-ci ildə 2006-cı il ilə müqayisədə təxminən 130 mln. dollar artırılıb. Hərbi xərclərin ÜDM-in 3,5% həcmində olacağını deyən Ermənistanın keçmiş müdafiə naziri (hazırkı baş nazir) Serj Sərkisyanın açıqlamasına görə, bunun 96,6 mlrd. dramı hərbi ehtiyaclara yönəldiləcək, qalan 3,8 mlrd. dramı hərbi sahədə digər xərclərə, 26,9 mln. dram isə alternativ xidmətin təşkilinə sərf olunacaq. Ümumilikdə xərclərin 48% məvaciblərin ödənməsinə yönəldiləcək.

 

Xatırladaq ki, son iki ildə hərbi xərclərin artım tempi Ermənistanda 23%, Azərbaycanda isə 51% təşkil edib. Müharibə vəziyyətində olan Azərbaycanın hərbi xərcləri sürətlə və ildə iki dəfə artırması «hərbiləşmə yarışında» Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salır. Ermənistanda son iki ildə hərbi sahəyə ayrılan vəsaitin artım tempi sosial sahədən bir neçə dəfə artıqdır. Heç də yaxşı vəziyyətdə olmayan Ermənistan kimi ölkədə müəyyən qədər vəsaitin ölkə iqtisadiyyatından yayındırılaraq hərbiləşməyə sərf olunması heç də müsbət hesab olunmur. Bundan başqa Ermənistanın ötən əsrin 90-cı illərində Rusiyadan aldığı 1 mlrd. dollarlıq silah və hərbi texnikaya görə borcu silinməyib.

Stokholmda yerləşən Beynəlxalq Sülh Problemləri İnstitutunun (SPİRİ) son hesabatında göstərilir ki, Azərbaycan neft gəlirlərindən silah almaq üçün fəal surətdə istifadə edir və hərbi büdcənin artım templərinə görə dünyadakı orta statistik göstəriciləri qabaqlayır.

Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SIPRI) məşvərətçi şurasının üzvü doktor Villem van Eekelenin sözlərinə görə, NATO standartlarına görə, hərbi büdcə ÜDM-in 2% həcmində olmalıdır: «Amma, məncə, onu Azərbaycana şamil etmək çətindir. Çünki bir il ərzində Azərbaycanda ümumdaxili məhsulun həcmi 40%-dən çox artıb. Ona görə də Azərbaycan bu baxımdan Ermənistan da daxil olmaqla digər ölkələrlə müqayisədə daha yaxşı mövqeyə malikdir. Fikrimcə, büdcələrin üzərində şəffaflığın təmin olunması böyük əhəmiyyət kəsb edir. Məhz büdcə maddələri üzrə hansı sahəyə nə qədər maddi vəsait ayrıldığı şəffaf şəkildə aydın göstərilməlidir: təlimlərə nə qədər, sosial rifaha nə qədər və s. Ayrı-ayrılıqda hər sahəyə nə qədər maddi vəsait ayrıldığını görəndən sonra biz düşünə bilərik ki, bu şəkildə fəaliyyət göstərilməsi düzgündür, ya yox. Əgər insanlar aydın şəkildə görsələr ki, bu pullar nəyə xərclənir, o zaman onların silahlı qüvvələrə etimadı artacaq».

Tə­rəf­lə­rin mü­ha­ri­bə­yə ha­zır­lığı, hü­cu­ma ke­çən və mü­da­fiə­d ə olan qüv­və­lə­rin və­ziy­yə­ti­nin təh­lili göstərirki, mü­ha­ri­bə­nin bir gü­nü döv­lət­lə­rin hər bi­ri­nə mi­ni­mum hal­da 20-25 mln. dol­la­ra ba­şa gə­lə­cək. Ay ər­zin­də isə bu it­ki­lər təx­mi­nən 600-700 mln. dol­la­ra ça­ta­caq. Can­lı qüv­və it­ki­si isə mü­ha­ri­bə­nin 6 ay çə­kə­cə­yi bir 1991-1994-cü il həd­di­nə, yə­ni hər bir tə­rə­fə 15-20 min in­san iti­ril­mə­si deməkdir. Azər­bay­can və Er­mə­nis­ta­nın döv­lət büd­cə­lə­ri­nin mü­qa­yi­sə edə­rək be­lə qə­naə­tə gə­lib­lər ki, baş­la­na­caq mü­ha­ri­bə bu döv­lət­lə­rə nə­zər­də tu­tul­du­ğun­dan da ar­tıq it­ki­lər gə­ti­rə bi­lər. Döv­lət büd­cə­lə­ri­nin təh­lil­lə­ri gös­tə­rir ki, si­lah­lan­ma im­kan­la­rı­na bax­ma­ya­raq Er­mə­nis­ta­nın iq­ti­sa­diy­ya­tı, döv­lət büd­cə­si mü­ha­ri­bə­ni mak­si­mum hal­da iki aya qə­dər da­vam et­dir­mə­yə im­kan ve­rir. Nə­zə­rə al­saq ki, Er­mə­nis­tan­dan fərq­li ola­raq müstəqillik dövründə Azər­bay­ca­na xa­ri­ci sər­ma­yə qo­yu­luş­la­rı təxminən 26 mlrd. dollar təşkil edib. Er­mə­nis­tan mət­bua­tı­nın yaz­dı­ğı­na gö­rə, bu öl­kə­nin ək­sər iri sə­na­ye mü­əs­si­sə­lə­ri da­ya­nıb və ya Ru­si­ya­ya olan bor­cun mü­qa­bi­lin­də bu öl­kə­yə ve­ri­lib. Res­pub­li­ka­ya ya­tı­rı­lan in­ves­ti­si­ya­la­rın xərc­lən­mə­si is­ti­qa­mə­ti ilə bağ­lı kon­kret plan yox­dur. Ermənistan rəhbərliyi göstərilən yar­dım­la­rın bir qis­mi­nin ölkənin mü­da­fiə­si­nə yö­nəl­di­yi­ni is­tis­na et­mirlər. Azərbaycanda hərbi xərclərin 40%-i hərbçilərin məvaciblərinə, 50% isə döyüş hazırlığı, maddi-texniki bazanın yüksəldilməsinə, qalan hissə isə şəxsi heyətin saxlanmasına sərf olunur. Müqayisə üçün Rusiyada hərbi büdcənin 40%-i maaşlara, qalan hissə texniki təminata, ABŞ-da 60% şəxsi heyətin saxlanması və sosial problemlərin həllinə, 40% isə texniki təminata yönəldilir. Hərbi xərclərdə Azərbaycanın Ermənistanla müqayisədə Hərbi Dəniz Qüvvələri saxlamasına və Hərbi Hava Qüvvələrinin imkanlarının böyük olmasını nəzərə almaq lazımdır.

Azərbaycanın müdafiə xərclərinin artımı və onun ÜDM-lə müqayisəsi

İllər

vəsait (mln. $)

Artım %-lə

ÜDM illər üzrə (mln $)

2003

145

13

2

2004

155

20

8521.8

2005

245

36

2

2006

660

60

3.3

2007

1,1 mlrd.

27.9

3.7

 

Hərb­çi­lə­rin fikr­lə­ri əsa­sın­da apa­rı­lan araş­dır­ma­lar za­ma­nı mə­lum ol­muş­du ki, bir gün ər­zin­də bri­qa­da­nın apar­dı­ğı or­ta gər­gin­lik­li dö­yüş­də 2 mil­yon dol­lar və­sa­it it­ki­si olur. Dağ­lıq Qa­ra­bağ şə­rai­tin­də isə bu bir ne­çə də­fə ar­ta­raq 5 mil­yon dol­la­ra ça­ta bi­lər. Qeyd edək ki, dö­yüş­lə­ri­ni ge­də­cə­yi yer dağ­lıq əra­zi­lər ol­du­ğun­dan əs­gər­lə­rin tə­mi­nat və təc­hi­za­tı­na, tex­ni­ka­la­ra çə­ki­lər xərc­lər də bir ne­çə də­fə ar­ta­caq. Nəzərə almaq lazımdır ki, hazırda MDB məkanında 7,62 mm çaplı güllənin hər min ədədi 208 dollar, 5,45 çaplı güllənin isə hər min ədədi 212 dollardır. Bir döyüşdə daha çox atılan mərmilərin qiyməti isə aşağıdakı kimidir: tank mərmisi 4 növ üzrə 280-420 dollar (bir ədədi),  reaktiv atəş sistemi (qrad)- 600 dollar, top 120-800 dollar, minaatan 120, qubmbaraatan mərmisi 100-140, tank əleyhinə mina 40-60, piyadalar əleyhinə mina 3-50, tank əleyhinə idarə olunan raket 3 min dollardır. 1 ədəd T-72 markalı tankın itirilməsi 1 mln., T-55 markalı tank 300 min, PDM 2-döyüş maşını isə 300 min dollar deməkdir.

Cənubi Qafqazda hərbi-iqtisadi vəziyyət (2007-ci il)

 

dövlətlər

Dövlət büdcəsi (mlrd.ABŞ dolları ilə)

Hərbi xərcləri

(ABŞ dolları ilə)

Silahlı qüvvələri

(nəfər)

Azərbaycan

        $6

  $1,1

80 000

Ermənistan

        $1,4

  $280 mln.

43 000

Gürcüstan

        $1,2

  $300 mln.

26 300

Separatçı rejimlərin mövcudluğu, hərbi-siyasi vəziyyətin gərgin olması, NATO-ya inteqrasiya prosesi, eləcə də qonşu dövlətlərin sürətli silahlanması Cənubi Qafqazın digər ölkələrinə də təsir göstərib. Müqayisə üçün deyək ki, Gürcüstanın bu ilki hərbi xərcləri 300 mln. dollar civarında müəyyənləşib. Yeri gəlmişkən xatırladaq ki, Cənubi Qafqazdakı separatçı rejimlər də öz hərbi xərclərini artırmaqda davam edirlər. Belə ki, ötən ilin açıqlanmış rəqəmlərinə görə, Abxaziyanın 2006-da hərbi xərcləri 16 mln. dollar, Cənubi Osetiyanınkı isə 12 mln. dollar, Dağlıq Qarabağınkı isə 37 mln. dollar civarında müəyyənləşdirilib.

“EKSPRESS” qəzeti

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74121 ziyaretçi (119942 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol