MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Müharibə: GÜRCÜSTAN ORDUSUNUN 6 UĞURU, 4 UĞURSUZLUĞU

Bir müddət əvvəl prezident Mixail Saakaşvili Gürcüstan Silahlı Qüvvələrinin MDB məkanında döyüş qabiliyyətinə görə birinci yerə iddialı olduğunuı bəyan etmişdi. Avqustun 8-də Cənubi Osetiyada həyata keçirdiyi əməliyyat və son 3 gün ərzində Rusiya ordusuna qarşı aparılan uğurlu döyüş bunu bir daha sübut etdi.

«Manevr» Jurnalist Araşdırmaları Mərkəzi müharibədə gürcülərin qazandığı uğur və uğursuzluqları təhlil edib. Mərkəzin təhlilləri göstərir ki, Cənubi Osetiyada təxminən 6 saatlıq əməliyyat onu göstərdi ki, son bir neçə il ərzində NATO standartlarına uyğun islahatların aparıldığı gürcü ordusu istənilən separatçı qüvvələri bir neçə saatlıq qısa zaman kəsiyində zərərsizləşdirmək imkanındadır.

Rusiyanın Gürcüstana qoşun yeritməsi ilə başlanan bu müharibədə rəsmi Tilis Silahlı Qüvvələrinin nəyə qadir olduğunu göstərdi. Bu bir neçə gündür davam edən hərbi əməliyyatlarda gürcü ordusunda həyata keçirilən islahatların nəticələri qazandığı uğurlar və itkiləri ilə əyani sübutunu tapdı.

Hərbi əməliyyatlarda Silahlı Qüvvələrdə həyata keçirilmiş islahatların aşağıdakı üçtünlükləri üzə çıxdı:

1) Gürcüstan müharibə şəraitində hərbi informasiya sistemini qurdu. Bunun nəticəsi olaraq hakimiyyət ölkə əhalisində Rusiaya qarşı nifət formalaşdıra və istiqamətləndirə bildi. Eyni zamanda dünya KİV-lərinin diqqətini özünə yönəltməklə Rusiyanın təcavüzkar olduğunu sübuta yetirdi. Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyinin hərbi informasiya siyasəti strategiyası mövcuddur və bu sistem hərbi əməliyyatlar zamanı hərbi qurumlarla mülki strukturların əlaqəsini müəyyən edir.

2) Gürcüstan tətbiq etdiyi yeni səfərbərlik sisteminin səmərəliliyi üzə çıxdı. Belə ki, peşəkar orduya keçidlə əlaqədar olaraq Gürcüstanın hər bir vətəndaşı ildə 18 gün toplanış keçməklə müharibə dövrü üçün ehtiyatda saxlanılır. Avqustun 8-də səfərbərlik elan edəiləndən sonrakı 5 saat ərzində ehtiyat qüvvələrdən ibarət 3 tabor formalaşdırılaraq cəbhəyə göndərildi. Qeyd edək ki, hazırda Gürcüstanın hazır ehtiyat qüvvələri 20 tabor vahidində olduğu bildirilir (19 min əsgər).

3) Açıq döyüşdə hərbi itkiləri minimum oldu. Bu da Gürcüstanın son 3 ildə ordunun peşəkarlaşdırmasının səbəbi idi. Mülki itkilər istisna olunmaqla, hərbi əməliyyat meydanında həlak olan gürcü hərbçilərinin sayının 30 nəfərə yaxın, itirilmiş texnikasının isə 10-dək olduğu qeyd edilir. Bura Rusiya təyyarələrinin bombardmanından həlak olanlar daxil deyil.

4) Orduda çevik idarəetmə sisteminin yaradılması və mobillik hərbi əməliyyatlar zamanı özünü doğrultdu. Qeyd edək ki, hazırda Gürcüstan ordusunda əsas ştat vahidi kimi taborlar götürülür. Müstəqil qərar qəbul etmək səlahiyyətində olan taborlar briqada və digər böyük vahidlərlə müqayisədə çevik hərəkət edə və əməliyyatlar həyata keçirə bilir.

5) Ölkədə sülh dövründə aparılan hərbi-vətənpərvərlik təbliğatı da müharibənin ilk günlərində öz nəticəsini verdi. Rusya kimi nəhəng bir dövlətlə açıq müharibəyə başlayan Gürcüstanda minlərlə gürcü vətəndaşı könüllü olaraq orduya yazıldı. Qeyd edək ki, Gürcüstanda hərbi vətənpərvərlik təbliğatını həyata keçirən hərbi «Sakartvelo» televiziyası, hərbi jurnal və qəzetlər fəaliyyət göstərir. Bütün şəhərlərdə, o cümlədən Tiflisdə sülh şəraitində belə vətənpərvərliyi, ordunu tərənüm edən plakatlara rast gəlmək mümkündür.

6) Ordunun silah arsenalının yeniləşdirilməsi, xüsusilə də artileriya qoşunlarının müasirləşdirilməsi, yeni silah və texnikalarla təchizatı da öz müsbət təsirini göstərdi. Gürcü ordusunun arsenalında olan müasir qərb istehsalı olan silahlar tətbiq edildi. Rusiyaya məxsus 10-dan artıq Su-24, Su-25 və Tu markalı hərbi təyyarələrin vurulmasında Gürcüstanın ABŞ və Ukraynadan aldığı müasir zenit sistemlərindən istifadə edildiyi bildirilir.

Gürcüstan ordusunda aparılan islahatlar zamanı diqqət yetirilməyən bəzi məsələlər də özünün mənfi nəticələrini göstərdi:

1) Hava hücumundan müdafiə sistemlərinin zəifliyi. Ötən dövrdə əsasən silah arsenalını və şəxsi heyətin peşəkarlığını artıran Gürcüstan hava hücumundan müdafiə sistemlərinin «nüvəsini» təşkil edən radar sistemlərini yeniləşdirməyə o qədər də diqqət yetirməyib. Bu diqqətsizlik də rus aviasiyasının ölkə ərazisinin dərinliklərinə, hətta Türkiyə sərhədlərinə qədər gedib çıxması ilə nəticələndi.

2) Hərbi Dəniz Qüvvələrinin inkişafına diqqət yetirilməməsi. Əsas hərbi əməliyyatların quruda olacağını düşünən rəsmi Tiflis ötən müddətdə özünün dəniz təhlükəsizliyini təmin etməyə demək olar ki, diqqət yetirməyib. Məhz bu səbəbdən də Gürcüstan Qara dənizdə Rusiya hərbi gəmiləri tərəfindən açıq təhdidə məruz qalır. Gürcüstanın daha çox diqqət ayırdığı Sahil Mühafizəsinin balansında olan kiçik qabaritli katerlər Rusiyanın raketdaşıyıcı gəmiləri ilə mübarizə aparmaq imkanında deyil. Qeyd edək ki, bu gün ruslar tərəfindən bir Gürcüstana məxsus bir hərbi gəmi batırılıb.

3) Hərbi Hava Qüvvələrinin təyyarələrin az sayda olması da özünü göstərdi. Hərbi təyyarələr istehsal etməsinə baxmayaraq Gürcüstanın hərbi aviasiyası hazırda MDB-də kəmiyyət və keyfiyyət baxımdan ən zəif aviasiya sayılır. Bu səbəbdən də gürcü aviasiyası öz səmasında ruslara qarşı hava döyüşləri aparmağı bacarmadı.

4) Digər zəif tərəf isə ordunun böyük hissəsinin müqavilə əsasında formalaşdırılmasıdır. Belə ki, hazırda gürcü ordusunun şəxsi heyəti hazırda 37 min nəfər civarındadır. Bunun 2 min nəfərini mülki vətəndaşlar, 27 min nəfərini müqavilə əsasında orduda xidmət edənlər, qalanı isə çağırışçılar təşkil edir. Ordunun elitar təbəqəsi müqaviləli əsgərlər sayılır və hazırda onların xidmətindən istifadə edilir. Ekspertlərin fikrincə, hərbi əməliyyatların təxminən 1 ay davam edəcəyi təqdirdə hazırda ruslara qarşı dayanmış hərbi hissələrin döyüş qabiliyyəti aşağı düşəcək. İtkilərin yerini doldurmaqdan ötürü çağırışçılarla komplektləşdiriləcək hərbi hissələrin döyüş qabiliyyətinin aşağı düşəcəyi istisna deyil.

Qeyd edək ki, hazırda Rusiyanın Şimali Qafqazda yerləşdiryi canlı qüvvə və Gürcüstan ordusunun müqayisəsini aparsaq hər 1 gürcü əsgərinin 12 rus əsgəri ilə döyüşdüyünü görərik.

Gürcüstan ordusu aşağıdakı hərbi birləşmələrdən ibarətdir:
- «Milli Qvardiya» - Tiflisdə yerləşir.
- 1-ci piyada briqadası – dislokasiya məntəqəsi Vaziani olan bu briqadanın 44 ədəd «T-55» tankı, 12 ədəd «D-30»haubitsası var. Briqadaya 111-ci Telavi piyada taboru (560 nəfər), 113 –cü Şavnabad piyada taboru (636 nəfər), 116-cı Saçxeri dağ atıcı taboru (Komandos xüsusi təyinatlı) (550 nəfər) ibarətdir. Briqadanın şəxsi heyəti 3 min nəfər;
- 2-ci piyada briqadası – Kutaisidə yerləşən bu briqadanın arsenalına 26 ədəd «T-72» tankı daxildir. Bu briqadanın 21 və 22-ci taborları Batumidə yerləşir. Şəxsi heyəti 2 min nəfər. Qeyd edək ki, 1 və 2-ci briqadalar Gürcüstan Müdafiə Nazirliyinin döyüş hazırlığı ən yüksək olan hərbi hissələri sayılır. Bunlardan biri Acarıstan, digəri isə Abxaziya ilə sərhədi mühafizə edir.
- 3-cü piyada briqadası – dislokasiya məntəqəsi Qori şəhəri olan bu briqada 31, 32, 33 və 34-cü piyada taborları, xüsusi tank taborundan ibarətdir. Briqada Cənubi Osetiya ilə sərhədə nəzarət edir.
- 4-cü piyada briqadası - dislokasiya məntəqəsi Tiflis və Muxorovani olan bu briqada hərbi çağırışçılardan ibarətdir. Briqadaya 2 piyada və 1 mexanikləşdirilmiş tabordan ibarətdir. Şəxsi heyəti 1500 nəfər;
- 5-ci piyada briqadası- dislokasiya məntəqəsi Senaki olan briqada Abxaziya ilə sərhəddə birinci eşalonda döyüş növbətçiliyini yerinə yetirir.

Gürcüstan Silahlı Qüvvələrinə həmçinin, dislokasiya məntəqəsi Kocori və şəxsi heyəti 400 nəfər olan «İraq» taboru, dislokasiya məntəqəsi Qori şəhəri olan xüsusi artileriya briqadaları (Gürcüstanın 3 divizion lüləli artileriya və 1 divizion reaktiv yaylım atəş sisteminin olduğu bildirilir), xüsusi tank taboru, Poti və Batumi şəhərlərində yerləşən xüsusi yüngül piyada taborları, Kutaisi şəhərində yerləşən xüsusi zenit divizionu və Saquramoda yerləşən rabitə-kəşfiyyat taboru daxildir.

Gürcüstan ordusunun arsenalında 71 ədəd T–72, 109 ədəd T-55 tankı, 65 ədəd BMP–1, 67 ədəd BMP–2, 11 ədəd BRM–1K, 1 ədəd BTR–60, 15 ədəd BTR–70, 40 ədəd BTR–80, 10 ədəd BRDM–2, 30 ədəd MT–LB zirehli transportyoru, 1 ədəd 2S7 «Pion», 12 ədəd «Akasiya», 1 ədəd «Msta-S», 12 ədəd «DANA», 35 ədəd «Qvozdika» özüyeriyən artileriya sistemləri, 2 ədəd «Uraqan», 16 ədəd BM–21 (Qrad), 15 ədəd «LAR-160», 15 ədəd RM–70 reaktiv yaylım atəş sistemi, 3 ədəd 152 mm 2A36 «Giatsin», 11 ədəd 152 mm. 2A65 «Msta-B», 40 ədəd 122 mm. «D–30», 40 ədəd 100 mm. «T–12», 85 mm. «D–44» topları, 6 ədəd 120 mm. 2S12 «Sani», 20 ədəd 120 mm. «M–120», 150 ədəd 82 mm. «M–37M» minaatanları, 100 mm. «KS–19», 57 mm. «S–60», 23 mm. «ZU–23–2» zenit raket sistemləri, 100 ədəd «Strela–2» daşınar zeni sistemi, 30 ədəd «Malyutka», 30 ədəd «Faqot», 10 ədəd «Konkurs» tipli tank əleyhinə raket sistemi, 20 ədəd «SPQ – 9» dəzgahlı qumbaraatan var.

Gürcüstan Hərbi Hava Qüvvələrinin bazasına isə 2 ədəd L-29, 11 ədəd L-39 təlim təyyarəsi, 1 ədəd MiQ-21, 4 ədəd Su-24, 2 ədəd Su-25UB, 10 ədəd Su-25KM təyyarəsi, 1 ədəd Mi-35, 19 ədəd Mi-24P,21 ədəd Mi-24V, 18 ədəd Mi-14, 16 ədəd Mi-8, 6 ədəd «Bell 212» və s. helikopterləri daxildir. Gürcüstan piyada qoşunlara dəstək vermək məqsədi ilə daha çox helikopterlərdən istifadə edir.

MİLAZ İA

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74174 ziyaretçi (120030 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol