MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  İnformasiya silah kimi

 

YAXIN GƏLƏCƏKDƏ DÜŞMƏN ÜZƏRINDƏ ÜÇTÜNLÜK INFORMASIYALARIN ALINMASI, ONLARA TEZ REAKSIYANIN VERILMƏSI, REAL VAXT ÇƏRÇIVƏSINDƏ DÜŞMƏNIN IQTISADI VƏ MÜDAFIƏ OBYEKTLƏRINƏ ATƏŞ VƏ INFORMASIYA ZƏRBƏLƏRININ VURULMASI ILƏ ƏLDƏ OLUNACAQ

 

Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin Silahlı Qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur.

Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır. Bu da xüsusi silahların silahların, diversiya qruplarının və xakerlərin köməyi ilə həyata keçirilir. Rəsmi məlumatlara görə, artıq Çin, Yaponiya və Cənubi Koreyada düşmənin informasiya bazalarına müdaxilə üçün mütəxəssislərdən - xakerlərdən ibarət xüsusi taburlar yaradılıb. Maraqlısı isə odur ki, informasiya mübarizəsi aparılan şəraitdə insanın psixofiziki təhlükəsizliyi indiyədək nə milli qanunvericilikdə, nə də beynəlxalq təşkilatların sənədlərində və konvensiyalarda öz lazımi əksini tapmayıb.

 

«Kontaktsız müharibə» adlandırılan informasiya müharibələrinin əmələ gəlməsini informasiyanın cəmiyyətdəki rolunun artması ilə bağlayırlar. 1940-cı illərdən tədricən tətbiqinə başlanan informasiya müharibələrinə tam keçidin 2010-cu ildə başa çatacağı proqnozlaşdırılır. Ekspertlərin fikrincə, informasiya tədricən təminedici üsuldan çıxaraq döyüş növünə çevrilir. Yaxın gələcəkdə düşmən üzərində üçtünlük informasiyaların alınması, onlara tez reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə əldə olunacaq. Bu baxımdan da analitiklər informasiya mübarizələrini iki hissəyə ayırırlar;

  • informasiyadan müdafiə - öz məlumatlarınıın və inforamasiya strukturlarının düşmən təsirlərindən müdafiəsi. Bura informasiyaların strateji maskalanması, informasiya infrastruktrunun fiziki qorunması, dezinformasiya, radioelektron mübarizə və s daxildir.
  • İnformasiya zərbəsi - düşmənin informasiya infrastruktrunun tam məhv edilməsi və düşmənə öz qüvvəsindən istifadə imkanı verməmək. Burada zərbə vasitəsi kimi strateji maskalanma, dezinformasiya, radioelektron mübarizə, informasiya bazalarının məhvi, düşmənin kompüter şəbəkəsinə hücum, informasiya bazalarına zərbələr və s daxildir. Bu sırada düşmənin elektron informasiya bazalarının kiberməhvi isə xüsusi önəm daşıyır. Qeyd edək ki, hazırkı dövrdə internet vasitəsi ilə düşmənin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür.

Dəqiq silahlardan fərqli olaraq informasiya qeyd edildiyi kimi daha çox dağıdıcı xarakter daşıyır və bütövlükdə döyüşən strukturları, iqtisadi və sosial sistemləri sıradan çıxarır. İnformasiya mübarizələrinin əsas özünəməxsusluğu isə ondan ibarətdir ki, tərəflər öz informasiya üstünlüklərini lazımi səviyyədə qoruyub saxlamaqla düşmənin informasiya sistemini dağıtmağa çalışırlar. Ekspertlərin fikrincə, informasiya mübarizəsində yüksək dəqiqlikli informaisiya resursları həm aktiv, həm də passiv müdafiə üçün yığcam proqramlardan ibarət sistemə malik olmalıdır. Düşmənin Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Sisteminin aktiv və passiv təsir göstərə biləcək informasiyaları təkcə qorumaq deyil, onlara eyni zamanda əks təsir də göstərə bilməlidir.

İnformasiya mübarizələri və onun tətbiqi texnologiyalarının kökü qədim dövrlərə təsadüf edir. Təxminən 215 il öncə Dünya Sionizm Təşkilatı Osmanlı dövlətini və türkləri məhv etmək üçün hazırladığı 100 maddəlik xüsusi proqramda bu metodlar o zamana uyğun şəkildə öz əksini tapıb. Buradakı bəzi müddəalara nəzər salaq:

-hörmətlə yanaşılan hər şeyə rəzil və alçaqcasına artırmalar, uydurmalar etmək;

-oyun və əyləncələri təbliğ etmək, doğru düşünənləri məsxərəyə qoymaq;

-dövlətə aid sirləri ifşa etmək, siyasi və iqtisadi böhran yaratmaq;

-düşmənin güclü, məğlubedilməz olduğunu qabartmaq və mübarizə aparmaq istəyənləri məhv etmək;

-faciələri unutdurmaq, tarixi dəyərləri, soy kökü həqiqətdən uzaqlaşdırmaq.

Müasir dövrdə isə informasiya müharibələri termini ilk dəfə Tomas Ronun hazırladığı 1976-cı ildə Boinq şirkəti üçün hazırladığı «Silah sistemləri və informasiya müharibəsi» hesabatında təqdim olunub. 1980-cı ildə bu hesabatla maraqlanan ABŞ Hərbi Hava Qüvvələri akademiyasında belə bir rəy yarandı ki, informasiya həm məqsəd, həm də silah ola bilər. «Soyuq müharibə» dövründə Pentaqonun sənədlərində yer alan bu məsələ «Səhrada Tufan» əməliyyatından sonra diqqəti cəlb etdi. Bu əməliyyatından sonra informasiya texnologiyaları ilk dəfə olaraq hərbi vasitə kimi sınaqdan keçirildi və termin rəsmi olaraq ABŞ Müdafiə Nazirliyinin 21 dekabr 1992-ci il tarixli 3600 saylı direktivində işlədildi. Amerikalı general-leytenant Ceyms Kassi bildirmişdi ki, «Səhrada Tufan» əməliyyatının sonunda savaş bölgəsində ABŞ-dakı şəbəkə ilə əlaqədə olan 300 min kompüter vardı ki, bunlarda 18 yer stansiyası, 12 özəl terminal, 329 səs və 30 mesaj döıvrəsinə bağlı olub. Əməliyyat zamanı ABŞ Silahlı Qüvvələri gün ərzində təqribən 700 min telefon zəngindən istifadə etməklə 152 min mesaj göndərib və ümumilikdə 30 min ədəd radiocihazdan istifadə edib. Bu da informasiya üstünlüyünün qorunub saxlanmasında mühüm rol oynayıb.  

1996-cı ildə ABŞ-ın «İdaretmə sistemləri ilə mübarizə doktrinası» qəbul edildi və ilk dəfə olaraq məhz bu sənəddə informasiya müharibələrinin prinsipləri və həbi sahəyə tətbiq olunması yolları göstrilib: «Birgə təhlükəsizlik metodları, hərbi yalan, psixoloji əməliyyatlar, radioelektron müharibə, fiziki dağıntı və obyektlərin məhv edilməsi, informasiya qıtlığı yaratmaqla rəqibin döyüş meydanına nəzarətini zəiflətmək, həmçinin, öz qoşunlarının, onlarla birlikdə vuruşan birliklərin mühafizəsinin təşkili bu informasiyaların əsas məqsədidir».

Sözügedən sənəddə eyni zamanda informasiya müharibələri ilə bağlı təşkilati strukturlar, planlaşdırma qaydaları, təlim əməliyyatları və idarəetmə öz əksini tapıb.

1996-cı ildə Pentaqon eksperti Robert Banker Vaşinqtonda təşkil olunmuş simpoziumda ABŞ Silahlı Qüvvələrinin «Forse-21» konsepsiyası ilə bağlı məruzə edərkən yeni «Kibermanevr doktrinası»nı irəli sürdü. R.Bankerin fikrincə, hərbi əməliyyatlarda təkcə torpaq, dəniz, hava və kosmosla kifayətlənməyib, ora inosferanı da əlavə etmək lazımdır. R.Banker və onun həmkarlarının irəli sürdüyü tezis isə ondan ibarətdir ki, yeni müharibələrdə hədəf kimi informasiya infrastrukturu və düşmənin psixikası əsas götürülməlidir. Məhz bu prinsiplər bir neçə il sonra – 1998-ci ildə Pentaqonunun hazırladığı «İnformasiya əməliyyatlarının birgə doktrinası»nda öz əksini tapdı. ABŞ hərbi ekspertlərinin ümumi rəyi ondan ibarətdir ki, informasiya müharibələri qarşı tərəfin dövlət və hərbi siyasi dairlərinin, həmçinin hərbi rəhbərliyinin qərar qəbul etməsinə təsir göstərmək, qərarların qəbulunda informasiya üstünlüyü əldə etmək, münaqişə zamanı düşmənin idarəetmə infrastruktrunun fəaliyyətini iflic etmək məqsədi daşıyır. İnformasiya üstünlüyü həm də əks tərəf barədə interaktiv, dəqiq məlumat əldə etməyə imkan verir.

ABŞ informasiya müharibəsini idarəetmə sisteminin əleyhinə «Command & Control Warfare»roqramına əsasən aparır. İdarəetmə sistemləri əleyhinə yönəlmiş tədbirlər psixoloji əməliyyatlar (Psichological Operations- PSYOPS) yolu ilə həyata keçirilir. Bu mübarizə qərar qəbul edən, ruh yüksəkliyi verən kütləyə təsir edən fərdlərə qarşı aparılır. Operativ təhlükəsizlik tədbirlərinin (OPSEC) həyata keçirilməsi isə dezinformasiya və infrastruktrun fiziki məhvindən ibarətdir.

Artıq informasiyanın cəmiyyətdəki rolunu qiymətləndirən dünya dövlətləri özlərinə məxsus informasiya müharibələri strategiyalarını yaratmağa nail olublar. Çin mənbələrinin məlumatına görə, bu ölkənin informasiya müharibələri strategiyasının hazırlanmasında tarixi, milli təsəvvürlər, strateji, operativ və taktiki səviyyədə döyüş planlaşdırılması, həmçinin Sun Tsızın 36 strateji məsləhətindən istifadə olunub. 2000-ci ildən isə Çinin hərbi məktəblərində bilavasitə informasiya əməliyyatlarının planlaşmalarını həyata keçirən yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına başlanıb. Böyük Britaniyada isə qeyd olunan məsələ ilə Dövlət Kommunikasiyalar Departamenti məşğul olur. Bu departamentin şəxsi heyətinin sayı 6 min nəfərdir və ingilislər daha çox ABŞ-ın informasiya müharibəsi taktikasından istifadə edirlər. Amerikanlardan fərqli olaraq almanlar KİV-in idarə olunmasına informasiya müharibəsinin tərkib hissəsi kimi baxır, fransızlar isə informasiya müharibəsi konsepsiyasının – hərbi və iqtisadi olmaqla iki elementini əsas götürürlər. Əsasən iqtisadi sahəyə təsirləri nəzərə alan fransızlar ölkə və vətəndaşların kiberfazadakı fəaliyyətinə nəzarət edən strukturlar və «Eşalon» adlı mühafizə sisteminin tətbiqinə nail olublar.

Hazırda dünyanın bir çox ölkələri Birləşmiş Ştatların informativ-psixoloji basqılarına qarşı öz müdafiə sistemlərini yaradıblar. Məsələn, yuxarıda qeyd edildiyi kimi, Fransada translasiya edilən xarici kinofilimlərin və verilişlərin həcmi ümumi proqramın 50 faizindən çox olmamalıdır. Bu metod bəzi Avropa dövlətləri tərəfindən də tətbiq edilir.

Yeri gəlmişkən qeyd edək ki, informasiya təhlükəsizliyi sahəsində ABŞ, Rusiya, Çin, Hindistan və Kuba daha inkişaf etmiş dövlətlərdən hesab olunurlar. Hesablamalara görə, hər il dünyada informasiya müharibələrinə 120 mlrd. dollar vəsait xərclənir. Təkcə Birləşmiş Ştatlar 2000-ci ildə qəbul edilmiş «İnformasiya sistemlərinin qorunması haqqında Milli Plan»ın həyata keçirilməsinə birinci il ərzində 2,103 mlrd. dollar vəsait yönəldib. Hər il isə bu vəsaitin həcmi artırılır.

 P.S. Azərbaycanın təhlükəsizlik və hərbi doktrinası hələ qəbul olunmadığından ölkənin informasiya təhlükəsizliyindən müsbət mənada söhbət gedə bilməz. Təəssüflər olsun ki, birinci Qarabağ müharibəsində dövlətin informasiya təhlükəsizliyi ilə bağlı buraxılmış səhvlər bu gün də öz həllini tapmayıb. Ermənilər tərəfindən Azərbaycanın internet saytlarının sıradan çıxarılması, informasiya təhlükəsizliyi konsepsiyasının olmaması, Azərbaycan KİV-lərinə məqsədli informasiyaların ötürülməsi, insanlarda anti-müharibə, düşməndən qorxu, xof kimi hisslər yaradan verilişlərin və yazıların yayılması və s buna misaldır və ciddi araşdırmalar tələb edir.

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74261 ziyaretçi (120156 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol