MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  Lütfi VAROĞLU: «Gələn il Azərbaycan Türkiyə ilə birgə hərbi məhsullar istehsal edəcək»

2008-ci il Azərbaycan-Türkiyə hərbi əlaqələrində bir çox hadisələrlə yadda qaldı. Bu il Türkiyədən onlarla yüksəkrütbəli zabit, o cümlədən Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Aydoğan Babaoğlu, Baş Qərargahın ikinci rəisi, ordu generalı Hasan İğsız, Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ, həmçinin Türkiyənin müdafiə sənayesi müştəşarı Murad Bayar Azərbaycanda oldular.
«Bir millət iki dövlət» adlandırdığımız Azərbaycan və Türkiyə əməkdaşlığı müdafiə sənayesində də yüksələn xətt üzrə inkişaf edir. Artıq iki ölkənin şirkətləri bu sahədə bir neçə layihəni reallaşdırmaq ərəfəsindədir. Qarşıda isə hələ yeni layihələr var. Bu layihələr görüşülür, müzakirə edilir. «MİLAZ» İA-nın baş redaktor müavini Rəşad Süleymanov bu yaxınlarda Bakıda səfərdə olan Türkiyə Müdafiə Sənayesi Müştəşarlığının (Savunma Sanayi Müştəşarlığı) beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Lütfi Varoğlu ilə görüşüb. L.Varoğlu müsahibəsində hərbi sənaye sahəsində Azərbaycan-Türkiyə əlaqələrinə, gələcək layihələrə nəzər salıb.

- Lütfi bəy son yarım ildə SSM-in nümyəndələrinin Azərbaycana səfərləri intensivləşib. Bu səfərlər hansı məqsədi daşıyır?

Bizim bu ziyarətlərin əsas qayəsi hərbi sənaye sahəsində əməkdaşlığı genişləndirmək və inkişaf etdirməkdir. Hazırda Azərbaycandan olan həmkarlarımızla bir sıra məsələləri müzakirə edirik. Bu gün Türkiyə və Azərbaycanın hərbi sənaye sektorlarında fəaliyyət göstərən müəssisələrin əməkdaşlığının qurulması istiqamətində ilk addımlar atılıb və örnək ola biləcək nümunələr var. Hesab edirəm ki, işbirliyini daha da genişləndirmək potensialımız var və bunlardan yararlanmaq lazımdır. Biz sonuncu səfərimiz zamanı ordu generalı Hasan İğsızın heyəti ilə birgə ölkələr arasında hərbi sənaye sektorunda əməkdaşlığa dair keçirilən müzakirələrə də qatıldıq. Müzakirə etdiyimiz üçüncü məsələ təcrübə mübadilələrinin aparılmasıdır. Razılaşmamıza əsasən Azərbaycanın «Alov», «Telemexanika», «Radioquraşdırma», «İqlim» və «Cihazqayırma» zavodlarının mütəxəssisləri ASELSAN, FNSS, SELEX, MKEK və
ROKETSAN-ın müəssisələrində təcrübə keçəcək. Artıq bizim zavodlar buna razılıq veriblər və 2009-cu ilin əvvəllərindən bu proses başlanacaq. Biz həmçinin Azərbaycanda gəmi zavodunun inşasında hansı formada iştirak edə biləcəyimizə dair təkliflərimizi verdik.

- Qarşıdan gələn 2009-cu ildə hansı yeniliklərin, birgə layihələrin reallaşması gözlənilir?

- Gələn il bəzi layihələrin reallaşdırılması gündəmdədir. Bu layihələr, icazələrin alınması və s. bağlı çalışmalarımız davam edir. 2009-cu ilin mart ayında Azərbaycanın «İqlim» Elmi İstehsalat Birliyi ilə R
OKETSAN-ın birgə layihəsi başlayacaq. Razılaşma əldə olunub. Digər bir türk şirkəti ÖZTEK hazırda «Cihazqayırma» zavodu ilə tank və zirehli transportyorların gecə vaxtı görünməsini əngəlləyən spektral örtüklərin istehsalı layihəsi üzərində işləyir.
Hazırda Türkiyənin «Koza İnşaat» şirkəti «İqlim» zavodu ilə birgə layihə həyata keçirib. TİSAŞ şirkəti isə xeyli müddətdir «Telemexanika» zavodu ilə tapançalar istehsal edir. Biz Azərbaycanı yaxın illərdə həyata keçirməyi planlaşdırdığımız Mİ
LGEM gəmi, Yeni Nəsil Radiostansiyalar, Modern Piyada Tüfəngi, pilotsuz uçan aparatlar layihələrində iştiraka dəvət etmişik. Son qərara gəlincə, bu Azərbaycan hökumətindən asılıdır.

-
ROKETSAN «İqlim»lə hansı məhsulların istehsalını planlaşdırır?

- Bizdə olan məlumata görə, ROKETSAN «İqlim»lə birgə 107 və 122 mm Çoxlüləli Raketatar Sistemlərinin istehsalı üzərində işləyir. Rəsmi icazələr alınıb və hazırda texniki işlər aparılır. Bu sistemlərin bəzi hissə və detalları «İqlim»də, partlayıcı hissələr isə ROKETSAN-ın Türkiyədəki fabriklərində istehsal olunacaq. «CRIT»lə bağlı bir hər hansı müzakirələr aparılmır.

- MKEK-in Müdafiə Sənayesi Nazirliyi ilə apardığı danışıqlarla bağlı sizdə hansı məlumat var?

- MKEK-in Müdafiə Sənayesi Nazirliyi ilə sursat istehsalına dair apardığı müzakirələr müsbət nəticələnib. Artıq «Telemexanika» zavodunda MKEK-in dəzgahları qurulub. Bu dəzgahlarda müxtəlif çaplı güllələr üçün gilizlər istehsal edilir. MKEK hazırda Azərbaycanla bəzi silahların, və ya onların müəyyən hissələrinin Azərbaycanda buraxılmasına dair müzakirələr aparır.

- Sentyabr ayında Bakıya səfəriniz zamanı beynəlxalq hərbi sərgilərdə iştirakla bağlı razılaşma da əldə olunmuşdu. Gələn il Türkiyədə keçiriləcək İDEF-2009 sərgisində Azərbaycan təmsil olunacaqmı?

- Sərgilərlə bağlı sentyabrda müzakirələr apardıq. Noyabr ayında Karaçidə keçirilən İDEAS-2008 sərgisində Azərbaycanın bəzi məhsulları, o cümlədən «İstiqlal» snayper tüfəngi Türkiyə pavilyonunda sərgiləndi. İDEF-də iştirakla bağlı müzakirələr aparılır. Biz sərginin təşkilatçısı və Azərbaycan nümayəndə heyətini bir araya gətiririk. Hesab edirəm ki, İDEF-də Azərbaycana 20 kvadratmetrlik bir sahə ayrılacaq və Azərbaycan müstəqil şəkildə öz məhsullarını nümayiş etdirəcək.

- Türkiyənin ən böyük hərbi şirkətlərindən olan ASELSAN-la Azərbaycan Müdafiə Nazirliyi arasında T-72 tanklarının atış-kontrol sistemlərinin «Volkan» sistemi ilə əvəzlənməsinə dair danışıqlar necə yekunlaşıb?

- Bildiyimə görə, ASELSAN hazırda Azərbaycanla iki layihə üzərində işləyir. Bunlardan birincisi T-72 tanklarının atış-kontrol sistemlərinin modernləşdirilməsidir. Tanklar
ASELSAN-ın «Volkan» sistemləri ilə təchiz olunacaq. Naxçıvandakı hərbi birləşmənin tanklarında bu sistem qurulub. Gecə və gündüz həyata keçirilmiş test atışları 100% düzgün alınıb. Artıq qərar Azərbaycan tərəfinindir. Hazırda şirkət Müdafiə Nazirliyindən hansı sayda tankların atış kontrol sistemlərinin modernləşdirilməsinə dair təklifləri gözləyir.
İkincisi Yeni Nəsil Radiostansiyalar layihəsidir. Biz bu layihədə iştirak etmək üçün Azərbaycana müraciət etsək də razılıq ala bilmədik. 3-5 il ərzində bu rabitə vasitələrinə ehtiyac yaranacaq. Onun üçün də indidən çalışmaq lazımdır.

- Azərbaycanın istehsal etdiyi motodor və morodor tipli texnikalar Türkiyənin marağındadırmı?

- Biz bu dəfəki görüşlərimizdə motodor və morodor tipli texnikalarla bağlı müzakirələr apardıq. Bu texnikalar personalın daşınması üçündür. Türkiyə Silahlı Qüvvələri bu tip texnikaların alınmasına dair tender elan etmişdi. Biz Azərbaycanın motodor və morodor tipli texnikalar istehsal etməsi barədə sentyabr ayında xəbər tutduq. Müdafiə Sənayesi Icra Komitəsinin dekabrın 18-də keçirilən toplantısında BMC firması qalib elan edildi. Türkiyənin bu tip texnikalara ehtiyacları davam edəcək. Belə tenderlər olacağı təqdirdə Azərbaycanın da iştirakına çalışacağıq. Qeyd edim ki, motodor və morodorlar döyüş maşını deyil. Sadəcə olaraq personalı döyüş meydanına daşıma, yaralıların təxliyyəsi üçündür. Bu texnikalar Qarabağ şəraitində döyüşlər üçün o qədər də effektiv sayılmasa da antiterror əməliyyatları üçün daha əlverişlidir.

- İDEAS-da Türkiyə pavilyonunda sərgilənən «İstiqlal» snayperi Türkiyə Silahlı Qüvvələrinin marağındadırmı?

- Snayperlə bağlı bilgiləri alıb ölkəyə qayıdandan sonra Türkiyə Silahlı Qüvvələrinə təqdim edəcəm. Yaxşı olar ki Azərbaycan tərəfi reallaşdırdığı layihələr barədə Türkiyə tərəfini də məlumatlandırsın. Türkiyədə çoxlu layihələrin reallaşdırılmasına baxmayaraq tələb də çoxdur. Snayperin alınmasına dair qərarları hərbi qurumlar verməlidir.

- Ordunun silahlanmasından çıxarılmış T-55 tanklarının bazasında yeni tır-tırlı transportyorların istehsalına dair Türkiyə şirkətinin Müdafiə Sənayesi Nazirliyi ilə danışıqlar apardığı bildirilir.

- Bununla bağlı FNSS müraciət etmişdi. T-55-lərin modernləşdirilməsi və onların bazasında yeni texnikaların yaradılması müzakirə olundu. Amma bu mövzuda hansısa irəlləyiş görmədik. Səbəbini də bilmirəm. Bildiyimə görə, hazırda T-55-lə bağlı bu gün hansısa müzakirələr aparılmır.

- Azərbaycanın arsenalında olan BTR-60, BTR-70 və BTR-80 transportyorlarında atış sistemlərinin modernləşdirilməsi barədə nə deyə bilərsiniz?

- Bildiyimə görə Türkiyə şirkətlərinin iştirakı ilə bu sahədə işlər gedir. Xüsusilə də Daxili Qoşunlardakı BTR-lərin atış kontrol sistemləri modernləşdirilib. Bu prosesdə ASELSAN-la yanaşı FNSS-də iştirak edir. Qeyd edim ki, müzakirə olunan məsələlər arasında tanklar və zirehli transportyorlarda xəbərləşmə sisteminin uyarlaşdırılması və müasir sistemlərin qurulması da var. Müzakirələrdən sonra bu layihənin reallaşıb reallaşmayacağı barədə nə isə demək olar. Fikrimcə, iyun ayınadək bu sahədə yeniliklər bəlli olacaq.

- «Altay» Milli Tank layihəsinə Azərbaycanın dəvət olunması düzdürmü?

- Əlbəttə. Ancaq bu layihədə iştirakla bağlı qərarı Azərbaycan tərəfi verəcək. Müzakirələrin aparılması lazımdır.

- Son qərar nə zaman bəlli olacaq? İyunda keçirilməsi planlaşdırılan növbəti görüşdən nə gözləyirsiniz?

- Hesab edirəm ki, 2009-cu il bütün dünyada ağır keçəcək. Yəqin ki gələn il böyük layihələr olmayacaq. İyunda tankların modernləşdirilməsi, pilotsuz uçan aparatlar, tank və tüfənglərin istesalı və s. bağlı qərarların verilməsi gözlənilir.

- Rusiya ilə birgə layihələriniz barədə məlumat verərdiniz.

- Bildiyiniz kimi «Rosoboroneksport»la tank əleyhinə raket sistemlərinə dair müqavilə imzalamışıq. Rusiya şirkəti hava müdafiə sistemi layihəsində də qatılıb. Amma hələ ki layihənin qalibi elan olunmayıb.

- Türkiyə müdafiə sənayesi sahəsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edirmi?

-Bizim Qazaxıstanla yaxşı əməkdaşlığımız mövcuddur. ASELSAN-ın Qazaxıstanla bir layihəsi var. Komanda-nəzarət sistemlərinin qurulması ilə bağlıdır. Mart ayında Astanaya səfərimiz planlaşdırılır. Apreldə Qazaxıstanla müvafiq sənədin imzalanması nəzərdə tutulur.

- Müsahibəyə görə təşəkkür edirik!

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 73871 ziyaretçi (119568 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol