MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  MARAQLI XƏBƏRLƏR
Manevr təqdim edir
Azərbaycan Türkiyə ilə birgə silah istehsal edəcək
Rashad tarih 12.11.2008, 19:05 (UTC)
 Azərbaycan və Türkiyə birlikdə bəzi silah və hərbi texnikaların birgə istehsalını planlaşdırır. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə şirkətləri arasında Azərbaycan Hərbi Hava Qüvvələri üçün T-129 zərdə vertolyotlarının, “Umtaş” tank əleyhinə raketlərin və “Cirit” lazer tuşlayıcılı raketlərin istehsalı müzakirə olunub. Bununla bağlı tərəflər müəyyən razılığa gəliblər.
Hər iki raketi Türkiyənin “Roketsan” şirkəti istehsal edir.
Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi Müştəşarlığının nümayəndə heyətinin bu ilin sentyabrında Bakıya səfəri zamanı bu qurumla Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq protokolu imzalanıb.
 

Əfqanıstandakı 3500 alman əsgərinə evlərindən ötən il 1 milyon litr alkoqollu içki göndərilib
Rashad tarih 12.11.2008, 19:04 (UTC)
 Ötən il Almaniyanın Əfqanıstanda yerləşən sülhməramlı əsgərlərinə evdə istehsal olunmuş 1 mln. litr şərab və alkoqollu içki göndərilib. «MİLAZ» İA-nın məlumatına görə, bunu «Bild» qəzetinə müsahibəsində Almaniyalı siyasətçi Elke Hoff bildirib.
E.Hoffun sözlərinə görə, Əfqanıstandakı hər bir alman əsgəri gündə ümumilikdə 1 litr alkoqollu içki qəbul edir.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü Tomas Raabe isə Əfqanıstanda xidmət edən hər bir alman əsgərinin orta hesabla gündə 0,77 litr alkoqol qəbul etdiyini bildirib. Nazirlik sözçüsü qeyd edib ki, şərab və alkoqollu içkilərin bir hissəsi digər NATO birliklərinə, jurnalistlərə və ziyarətçilərə paylanıb.

 

Bu il ən çox qəzaya uğrayan təyyarələr «Cessna» və «Antonov»lardır
MANEVR tarih 27.10.2008, 12:45 (UTC)
 «Manevr» Jurnalist Araşdırmaları Mərkəzi 2008-ci ilin ilk 6 ayında təyyarə qəzaları ilə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayıb. «Manevr» mərkəzinin hesablamalarına görə, 2008-ci ilin yanvar-iyun aylarında dünyada 21-i hərbi, 34-ü mülki təyyarə olmaqla 55 təyyarə qəzası baş verib.

Qəzalardan 25-i texniki nasazlıq, 7-si pilotun səhvi, 5-i hava şəraitinin pis olması nəticəsində, qalanları isə açıqlanmayan digər səbəblərdən baş verib. Qəzaya uğramış təyyarələrdən 3-ü isə vurularaq salınıb. Hadisələr nəticəsində 410 nəfər dünyasını dəyişib, 105 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu rəqəmlər hadisə ilə bağlı müvafiq qurumların açıqladığı məlumatlardan toplanıb. Bu rəqəmlərin daha çox olması istisna edilmir.

Qəzaların 10-u ABŞ, 5-i Sudan, 4-ü Rusiya, 3-ü İngiltərə, 2-si Pakistan, 2-si Gürcüstan, 2-si İtaliya, 2-si Çili, 2-si İndoneziya, qalanları isə digər ölkələrdə baş verib. Hərbi təyyarələrdən 3-ü pilotsuzdur.

Qəzaya uğramış təyyarələrdən 9-u «Cessna», 7-si «Antonov» (An), 3-ü «MiQ-29», 2-si CASA, 2-si «Mirage», 2-si «F-16», 2-si «Su-25», 1-i «B-2», 1-i «B-1B», 1-i «J-22 Orao», 1-i «M-12 Kasatik», 1-i ATR, 1-i «Beachcraft 1900», 2-si «Talon», 1-i «Herkules», 1-i «Boinq -727», 1-i «İl-76» qalanları isə digər modifikasiyalı təyyarələr olub.
 

<- Geri  1  2 

Devam->

 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 74171 ziyaretçi (120023 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol