MANEVR Jurnalist Araşdırmaları Mərkəzi
   
 
  MARAQLI XƏBƏRLƏR
Manevr təqdim edir
Azərbaycana məhsul satan Türkiyənin «Yakuboğlu» şirkəti Azərbaycanın dövlət bayrağını tanımır
Manevr tarih 28.12.2008, 18:08 (UTC)
 Türkiyənin hərbi tekstil sənayesində tanınmış «Yakuboğlu» şirkətinin veb-saytında Azərbaycan bayrağı yanlış əks olunub. Bu barədə «MİLAZ» İA-ya «Manevr» Jurnalist Araşdırmaları Mərkəzindən (http://manevr.tr.gg) məlumat verilib.
Azərbaycan Silahlı Qüvvələri üçün də çəkmələr və hərbi geiymlər tədarük edən «Yakuboğlu» şirkətinin veb-saytının «Haqqımızda» bölməsində (http://www.yakupoglu.com.tr/index.php?p=2) «Yakuboğlu» şirkətinin əməkdaşlıq etdiyi xarici ölkələr barədə məlumat verilib və həmin ölkələrin bayraqları göstərilib. Azərbaycan bayrağı isə tünd göy, qırmızı və mavi olmaqla yanlış göstərilib.
Xatıtladaq ki, Azərbaycanın dövlət bayrağı mavi, qırmızı və yaşıl olmaqla üç rənglidir. Qırmızı hissənin mərkəzində aypara və səkkiz guşəli ulduz yerləşir.
«Qardaş ölkənin nüfuzlu bir şirkətinin, də istehsal etdiyi məhsullarını neçə illərdir Azərbaycana göndərən «Yakuboğlu» kimi bir firmanın sayıtındakı bu anlaşılmazlıq başa düşülən deyil. Neçə müddətdir saytdakı bu yanlışlığı düzəltməyən şirkətin Azərbaycanın dövlət bayrağına hörmətsizlik nümayiş etdirdiyini düşünmək olur», - deyə «Manevr» mərkəzindən bildirilib.
Məlumatda o da qeyd olunub ki, mərkəzin rəhbəri Rəşad Süleymanov saytdakı bu anlaşılmazlığı aradan qaldırmaq üçün bir ay öncə «Yakuboğlu» saytının e-mail ünvanına məktub yazıb və Azərbaycan dövlət bayrağının rəsmini göndərib. Bu günə qədər şirkət saytında heç bir düzəliş aparmayıb.
 

MSK səhvini düzəltdi
Lent.az tarih 27.11.2008, 18:28 (UTC)
 Mərkəzi Seçki Komissiyasının (MCK) “Seçkilər” İnformasiya Mərkəzinin internet-saytında (www.infocenter.gov.az) sərhədyanı kəndlərdə yerləşən sərhəd zastavalarının şəxsi heyəti ilə bağlı məlumatlar dəyişdirilib. Bu barədə Lent.az-a “Manevr” Jurnalist Araşdırmalar Mərkəzinin sədri Rəşad Süleymanov məlumat verib. Xatırladaq ki, Lent.az-da sentyabrın 5-də bununla bağlı məsələ qaldırılıb.
R.Süleymanovun sözlərinə görə, məsələyə reaksiya verən MSK mütəxəssisləri araşdırmalar apararaq saytın seçicilər siyahısında dəyişikliklər aparıb. Belə ki, artıq saytdakı seçicilər siyahısında sərhəd kəndlərindəki sərhəd zastavalarının şəxsi heyəti adi seçicilərlə bir ünvanda göstərilir. Əvvəllər isə onların adlarının qarşısında qulluq etdikləri sərhəd zastavaları adları göstərilirdi. Bununla da hər kəsin daxil ola biləcəyi bir saytda hərbi sirlər yayılırdı.
 

Seçici siyahılarında hərbi sirr yayılır
Lent.az tarih 27.11.2008, 18:28 (UTC)
 Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin internet-saytında (www.infocenter.gov.az) sərhədyanı kəndlərdə yerləşən sərhəd zastavalarının şəxsi heyətinin sayı göstərilib. Bu barədə Lent.az-a “Manevr” Jurnalist Araşdırmalar Mərkəzinin sədri Rəşad Süleymanov məlumat verib. O bildirib ki, saytın seçici siyahıları olan bölümündə hərbçilərin ad və soyadları, həmçinin təvəllüdləri ilə yanaşı, qulluq etdiyi zastavanın adı (yeri) da göstərilib: “Məsələn, mən bir neçə Dairə Seçki Komissiyasının seçki məntəqələrinin seçici siyahısını izləyərkən orda yerləşən sərhəd zastavalarının şəxsi heyətinin adlarıyla rastlaşdım. Məlumat üçün bildirim ki, həmin sərhəd zastavalarının bir neçəsi də Ermənistan tərəfindən işğal olunmuş ərazilərlə həmsərhəddir. Yəni, həmin zastavalar bilavasitə cəbhə xəttində döyüş tapşırığını yerinə yetirir”.
R.Süleymanov deyib ki, saytda hərbçilərin təvəllüdü ilə bağlı məlumatlar da yerləşdirilib: “Həmin məlumatlar əsasında zastava rəisinin yaşını, bununla da rəisin həm də təcrübəsini, dövlət sərhədinin müəyyən bir hissəsini mühafizə edən zastavanın döyüş hazırlığını müəyyənləşdirmək mümkündür. Bu isə ordu üçün taktiki cəhətdən çox təhlükəli bir tendensiyadır”.
MSK üzvü Akif Qurbanov isə Lent.az-a açıqlamasında bu barədə məlumatlı olmadığını deyib: “Bununla bağlı araşdırma aparacağam, “Seçkilər” İnformasiya Mərkəzi ilə də əlaqə saxlayacağam ki, məlumat versinlər”.
A.Qurbanov onu da deyib ki, bu informasiyların saytda göstərilib-göstərilməməsi ilə bağlı Seçki Məcəlləsində xüsusi bir qadağa yoxdur: “Hərbi məsələlərlə əlaqədar olaraq MSK-da belə bir fikir var idi ki, hərbi sirrin qorunması nöqteyi-nəzərindən bu cür informasiyaların açıq şəkildə yerləşdirilməsi - xüsusən də müharibə şəraitində olan dövlət üçün – məqsədəmüvafiq deyil. Şəxsən mən də düşünürəm ki, qeyd olunan informasiyaların saytda qalması məqsədəuyğun deyil. Komissiya üzvləri, seçkidə iştirak edən digər subyektlər seçici siyahısında olan şəxslərlə bağlı informasiyaya malik ola bilər. Ancaq bunun istənilən adamın daxil ola biləcəyi sayta yerləşdirilməsi təbii ki, doğru sayılmaz və bu, ölkənin strateji maraqları baxımından uyğun sayılmır”.Dövlət Sərhəd Xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

 

Azərbaycan minaatanların istehsalına başlayacaq
Rashad tarih 12.11.2008, 19:07 (UTC)
 Azərbaycanda gələn ildən 82 mm çaplı minaatanların istehsalına başlanması gözlənilir. Bu barədə «MİLAZ» İA hərbi mənbələrə istinadən məlumat verib.
82 mm çaplı minaatanların ilk nümunələri Azərbaycan mütəxəssisləri tərəfindən 1992-1993-cü illərdə istehsal edilib. Qarabağda hərbi əməliyyatlar zamanı tətbiq olunan bu minaatanlar səmərəliliyini sübut edib.
«Yeni nümunələr daha təkmildir. Həm də bir sıra yeniliklər edilib»,- deyə mənbə bildirib.
Milli minaatan daha dəqiq atəş açma, eləcə də davamlılığı ilə seçiləcək.
 

Azərbaycan gələn ildən motodor və morodor tipli texnikaların istehsalına başlayacaq
Rashad tarih 12.11.2008, 19:06 (UTC)
 Azərbaycan 2009-cu ilin birinci yarısından motodor və morodor tipli transportyorların seriya ilə istehsalına başlayacaq. Bu barədə «MİLAZ» İA-ya hərbi mənbələrdən məlumat verilib.
Gələn ilin birinci yarısınadək həmin texnikaların yığılması üçün müvafiq texniki işlər aparılacaq və müəssisələr hazırlanacaq.Yerli mütəxəssislərin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yığılan bu texnikalar Azərbaycanın öz milli silahları ilə təchiz ediləcək. Hazırda bu texnikalar üzərinə hansı silahların yığılacağı açıqlanmayıb.
Artıq Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində həmin texnikalarla bağlı nazirliyə sifarişlər verilib.
Qeyd edək ki, motodor və morodor tipli texnikaların ilk nümunələri bu ilin iyun ayında prezident İlham Əliyevə təqdim olunub. Dövlət başçısı həmin texnikaların seriya ilə istehsalının başlanmasına göstəriş verib.
 

Türkiyə şirkəti “bombatapan” robotlar təqdim edir
Rashad tarih 12.11.2008, 19:06 (UTC)
 Türkiyənin “Koza İnşaaat & Savunma Sanayi Ticaret” şirkəti Azərbaycanın güc strukturlarına partlayıcı maddələri tapıb zərərsizləşdirən robotlar təqdim edir.
Bu barədə məlumatı Lent.az-a eksklüziv açıqlamasında şirkətin İdarə Heyətinin sədri Tahsin Özgümüş verib. T.Özgümüşün sözlərinə görə, "KNİGHT” adlanan bu robot-maşınların tək partlayıcı maddələri zərərsizləşdirən yox, uçqun altında axtarış aparan növləri də var. Şirkət hər iki növ maşını Azərbaycanın müvafiq qurumlarına təklif edir: “Bizdə olan məlumatlara görə, Azərbaycanın hüquq-mühafizə orqanları analoji maşınları başqa ölkələrdən alıb. Bizim robotların bir sıra özəllikləri var. Məsələn, bomba axtaran robotumuz ərazidə kəşfiyyat aparıb, məlumatları operatora ötürür. Əgər ərazidə düşmən varsa, robot üzərinə quraşdırılmış silahdan atəş aça bilir”.
T. Özgümüş rəhbərlik etdiyi şirkətin Azərbaycanda bir sıra layihələr həyata keçirdiyini də qeyd edib. Onun sözlərinə görə, şirkət Azərbaycanın hərbi elektronika sektorunda fəaliyyət göstərmək üçün danışıqlar aparır.

 

<-Geri

 1  2 Devam -> 
 
 
STOP INJUSTICE! BE FAIR WITH RAMIL SAFAROV!
 
Landmine Monitor Report 2005 TOP 100 MILITARY SITES
 
Bugün 73870 ziyaretçi (119565 klik) kişi burdaydı!
Kataloq
placebo Pepsi center Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol